Yeni araşdırmaya görə, tip 2 diabet ağciyər xəstəliklərinə səbəb olur.
ONN media xəbər verir ki, Surrey Universitetinin professoru İnqa Prokopenkonun rəhbərlik etdiyi tədqiqatçılar bu barədə araşdırma aparıblar.
Tədqiqatda 17 araşdırmaya qatılan təxminən 500 min iştirakçının məlumatları təhlil edilib.Tədqiqatçılar, pis vərdişlər, o cümlədən siqaret qəbulunu, aşağı qan təzyiqi və aşağı aktivlik səviyyəsi kimi faktorlarınıp nəzərə alaraq araşdırma aparıblar.
Mütəxəssislər yüksək qan şəkərinin səviyyəsinin zəif ağciyər funksiyası ilə əlaqəli olub olmadığını öyrənmək üçün Mendel randomizasiyası adlı statistik üsuldan istifadə ediblər.
Bu analizin nəticələri 2-ci tip diabetli insanlarda müşahidə olunan yüksək qan şəkərinin ağciyər funksiyasını birbaşa zədələdiyini ortaya qoyub.
"Tədqiqatımız 2-ci tip diabetli xəstələrdə yüksək qan şəkərinin birbaşa ağciyər zədələnməsinə səbəb ola biləcəyinə dair ilk tapıntıları ehtiva edir. Ümid edirik ki, bu tapıntılar səhiyyə işçilərinin məlumatlılığını artıracaq və ağciyər xəstəliklərinin erkən aşkarlanması və müalicəsi üçün yol açacaq", -deyə İnqa Prokopenko bildirib.
Qeyd edək ki, tədqiqatın nəticələri “Diabetes UK Professional Conference 2023”-də açıqlanıb.



Şəkər xəstələrində infarkt riskinin azaldılması üçün nə etməliyik?
Gündə 2 qaşıq bal: Şəkər xəstələrinə də faydalıdır
Xərçəngə səbəb olan vitaminlər açıqlandı
Bu meyvələr diabet xəstələri üçün xeyirlidir
Şəkərli diabetdən əziyyət çəkən şəxslər oruc tuta bilərmi?
Koronavirus insan orqanizmində hansı fəsadlar törədə bilər?
Gecələr işləyənlərə XƏBƏRDARLI
Yaddaşı yaxşılaşdırır, qan şəkərini tənzimləyir - Darçınla bağlı bilmədiyiniz məlumatlar
Ağciyər xərçənginə qarşı 7 ölkədə vaksinasiya başlayıb
Zəmanə gəncləri necə tanış olub evlənir?
Kiçik hüceyrəli ağciyər xərçəngi nədir? Necə diaqnoz qoyulur? Müalicə necədir?
Bu insanlar hər gün 3 alma və 2 pomidor yeməlidir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 