Kanadanın Ontario vilayətinin Toronto şəhərinin Nort York rayonunda Azərbaycan Evinin rəsmi açılış mərasimi keçirilib.
ONN media xəbər verir ki, Komitədən bildirilib ki, açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Kanada hökumətinin və parlamentinin təmsilçiləri, Türkiyənin baş konsulu, yerli ictimaiyyətin, Hindistan, Özbəkistan və yəhudi icmalarının nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.
Açılış lenti kəsildikdən sonra Kanada və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirə moderatorluq edən Kanadanın keçmiş multikulturalizm naziri və sabiq parlament üzvü Toni Ruprext Azərbaycan Evinin milli mədəniyyətin qorunub saxlanılması, gənc nəslə ötürülməsi baxımından önəmini vurğulayıb.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kanadada Azərbaycan Evinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bu hadisəni dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqətinin və qayğısının təzahürü kimi qiymətləndirib.Tədbirdə çıxış edən Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Filip Lourens, parlament üzvü Ali Ahsasi, yerli hökumət üzvü Maykl Tibollo, Türkiyənin Torontodakı Baş konsulu Sinem Mingan, Qızılbaş Qlobal İrsi Şurasının regional rəhbəri Arşi Qızılbaş mühüm hadisə ilə bağlı Azərbaycan icmasını təbrik edib, Azərbaycan Evinin səmərəli fəaliyyət göstərəcəyinə, gənc nəslin milli və sağlam ruhda böyüməsində böyük rol oynayacağına əminliklərini bildiriblər.
Tədbirdə Azərbaycan Evinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.



Azərbaycan Kanadaya nota verib
Türkiyədə Polad Həşimov adına park açıldı
Türkiyədə Azərbaycan mədəniyyət çadırının açılışı oldu
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı il dönümünü qeyd edilib
Kanadada Azərbaycan bayrağı ucaldıldı
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılan yeni abidənin açılışı oldu - FOTO
Torontoda atışma: ölən var
Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib
Naxçıvan Muxtar Respublikası-100: İdman Festivalının açılış mərasimi baş tutub
Zərdabda Xocalı faciəsinin anım günü keçirildi
Azərbaycan Vətən müharibəsi şəhidlərini bir dəqiqəlik sükutla yad etdi
İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 