Uşaq vaxtından yadımdadır ki, Güney Azərbaycanda Qarabağ mövzusuna böyük həssaslıq var idi. Mağaza və dükanların üstünə “Qarabağ” yazılırdı. Millətimiz üçün bu mövzu xüsusi əhəmiyyət daşıyırdı. İran isə əks-təbliğatla məşğul idi.
ONN media xəbər verir ki, bu sözləri güneyli jurnalist, ictimai-siyasi fəal Araz Sulduzlu deyib.
O, İran ərazisində Quzey Azərbaycanla bağlı atributların çoxalmasını fars molla rejiminə kiçik bir xatırlatma olduğunu deyib:
“İran Qarabağ işğal altında olduğu zaman xalqımızı inandırmağa çalışırdı ki, Azərbayacan heç zaman Qarabağı ermənilərdən azad edə bilməyəcək. Deyirdilər, onlara güvənməyin, çünki sizə də kömək edə bilməyəcəklər. Belə sözlərlə bizi ruhdan salmağa çalışırdılar. Milli fəallarımız üçün bu olduqca ağır idi. Lakin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsi bizə böyük ruh yüksəkliyi verdi. Güney Azərbaycan Milli Hərəkatına ikinci nəfəs gəldi. Hərəkatımız gücləndi, aktivləşdi və mübarizə əzmimiz yüksəldi. “Zəngəzur Azərbaycandır!”şüarlarının İran küçələrində yazılması, “Traktor” azarkeşlərinin “Noldu, Paşinyan?” mahnısına qol götürüb oynaması, bayraqlarımızın hər addımda farsların qarşısına çıxması başladığımız proseslərin davamıdır. Rejimə sübut etmək istəyirik ki, təbliğatınız mənasız oldu. Azərbaycan dövləti güclü imiş. Biz də onun özüyük, bir parçasıyıq. Dövlətimiz bir gün bizi də qurtaracaq. Onun iradəsinə əminik”.
İrandakı ümumxalq etirazlarına toxunan Araz Sulduzlu Güneyin hadisələrin mərkəzi olduğunu bildirib:
“Azadlığın bədəli var və onu verməliyik. Etirazlar başlayanda farslar deyirdi ki, Azərbaycan Milli Hərəkatı aktiv deyil, proseslərdə iştirak etmir. Lakin bu etirazlarda bizim 2 minə yaxın milli fəalımız həbs olunmuşdu. Bu barədə isə susurlar və danışmaq istəmirlər. Anlayırlar ki, Güney Azərbaycan hadisələrin mərkəzidir və baş verən olayları irəli aparmaq üçün rəhbərlik edir. Dövlət də o səbəbdən bizə çox basqılar edir”.
O, hərəkatın öndərlərinin Güney Azərbaycanı hədəflərinə yetişdirmək üçün böyük səy göstərdiklərini bildirib:
“Sayımız çox olanda milli fəallarımızı müəyyən etmək də çətin olur. İndi İran qəhrəmanlarımıza bir-bir nəzarət edib, onlara ayrıca fokuslana bilmir. Çevriliş qorxusu var. Qeyri-farslar da mübarizəyə qoşulub. Artıq meydan bizimdir və açıq-aşkar tələblərimizi səsləndiririk. Zindanlar, həbs və sürgünlər mübarizəmizə əngəl olmadı. Xalqımız və milli fəallarımız Quzey Azərbaycanın bir parçası olması həqiqətini unutmur. Gec-tez arzularının gerçəkləşəcəyinə inanırlar”.



İran Bakını nə üçün hədələdi?
Şiə İran niyə sünni HƏMAS-ı dəstəkləyir?
İran Fazil Mustafanı niyə hədəf aldı?
İrandan Azərbaycana Qarabağ təklifi
İrandan Qarabağ təklifi - Prezident AÇIQLADI
Azərbaycanda iki futbol azarkeşi həbs olundu- SƏBƏB NƏDİR?
İran Səhiyyə Nazirliyi Qarabağ bölgəsini müstəqil ölkə kimi təqdim edib- FOTO
Həbs edilən azərbaycanlı 30 milyon verdi və...
Tehran aksiyalarla bağlı Ermənistanla birləşdi
Güney Azərbaycanın qadağan edilən bayrağı İranda - Foto
Azərbaycanlılar boykot qərarı verdi- NƏLƏR OLACAQ?
Tehran bu yolla Bakıdan “əvəz” çıxdı – Bilgin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 