Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, yarışın 6-cı günündə son 5 çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Məmmədli təsəlliverici görüşdə macarıstanlı Erik Torbayla qarşılaşacaq.
Həsrət Cəfərov (67 kq) 1/8 finalda portuqaliyalı Pedro De Moraisə "tuş"la qalib gəlib. Cəfərov 1/4 finalda norveçli Havard Yorgensen üzərində də inamlı qələbə qazanıb - 7:1. Güləşçimiz yarımfinalda türkiyəli Murat Firatı da eyni hesabla üstələyərək adını finala yazdırıb. Həsrət həlledici görüşdə gürcüstanlı Coni Xetsurianiylə üz-üzə gələcək.
Ülvü Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andrey Kulikə 4:1 hesabıyla qalib gəlib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib - 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olub - 2:1. Ülvü finalda fransalı İbrahim Qanemlə güləşəcək.
Rafiq Hüseynov (82 kq) 1/8 finalda isveçrəli Mark Veberə heç bir şans tanımayıb - 8:0. 3 qat Avropa çempionu 1/4 finalda ermənistanlı Samvel Qriqoryanla gərgin keçən mübarizədən də qalib ayrılıb - 3:2. Hüseynov yarımfinalda türkiyəli Burhan Akbudaka "tuş"la uduzub. Rafiq bürünc medal uğrunda Branko Kovaçeviç (Serbiya) - Roland Şvarts (Almaniya) görüşünün qalibiylə qarşılaşacaq.
Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Omarova minimal fərqlə (1:2) məğlub olub.
Qeyd edək ki, təsəlliverici və medal görüşləri aprelin 23-də keçiriləcək



İki güləşçimiz Avropa çempionu oldu
Güləşçilərimiz 1 qızıl, 2 bürünc medal qazandılar
Güləşçimiz Avropa çempionu oldu
İdmançımız erməniyə qalib gələrək finala yüksəldi
Daha bir güləşçimiz Polşada bürünc medal qazandı
Güləşçimiz Avropa çempionatında erməni rəqibini məğlub edib
Sabir Cəfərov erməniyə qalib gəlib çempion oldu
Hacıyev finalda Balayanla qarşılaşacaq
İki güləşçimiz dünya çempionatının yarımfinalına yüksəldi
Həsrət Cəfərov yarımfinalda uduzdu
İki güləşçimiz Avropa çempionatının FİNALINDA
Daha bir güləşçimiz DÇ-də ermənini məğlub etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 