İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
ONN media xəbər verir ki, yunan-Roma güləşçimiz 4 medal qazanıb.
Martda 60 kiloqram çəki dərəcəsində U-23 Avropa çempionatının qalibi olan Elmir Əliyev (55 kq) çətinlik çəkmədən finala yüksəlib. E.Əliyev ispaniyalı Xames Kastano (9:0), fransalı İliyan Aynau (7:0), türk Muhammet Emin Çakır (10:1) və ermənistanlı Homeros Arakelyan (8:0) üzərində böyük hesablı qələbə qazanıb. Güləşçimiz finalda ukraynalı Marko Voloşinə də tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.
Fəraim Mustafayev (63 kq) bolqarıstanlı Xristiyan İvanova 9:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlsə də, ermənistanlı Yurik Hoveyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb - 5:8. Rəqib finaladək irəlilədiyi üçün millimizin üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanıb. F.Mustafayev çexiyalı Matous Yankeviçi mübarizədən kənarlaşdırıb - 3:0. Təmsilçimiz türk Furkan Erkenə də 13:10 hesabı ilə qalib gələrək bürünc medalı boynundan asıb.
Davud Məmmədov (77 kq) səkkizdəbir finalda ermənistanlı Vahe Hovannisyana şans tanımayıb - 7:1. Güləşçimiz növbəti mərhələdə ukraynalı Ruslan Abdiyevdən güclü olub - 4:2. İdmançımız yarımfinalda bolqarıstanlı Martin Dimitrovu da üstələyərək (7:1) adını Avropa çempionatının finalına yazdırıb. Pəhləvanımız həlledici görüşdə rumıniyalı Aleksandru Soloveyə 5:7 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.
Mübarizəyə dörddəbir finaldan qoşulan Məzaim Mərdanov (130 kq) yunanıstanlı Axilles Xrisidisə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Estoniyalı Eerik Pankla görüş dramatik alınıb. 0:7 hesabıyla geri düşən Şəmkir güləş məktəbinin yetirməsi əsl əzmkarlıq nümayiş etdirərək yekunda 8:7 hesablı qələbə qazanıb. Təmsilçimiz finalda macarıstanlı Laşlo Darabosla bacarmayıb (0:9) və Avropa ikincisi olub.



Daha iki güləşçimiz finala yüksəldi
Güləşçimiz erməniyə qalib gəldi
İki güləşçimiz Avropa çempionu oldu
Güləşçimiz Avropa çempionu oldu
İdmançımız erməniyə qalib gələrək finala yüksəldi
Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi
Turan Bayramov Avropa çempionu oldu
Güləşçimiz dünya çempionu oldu
Güləşçilərimizdən BÖYÜK UĞUR
Daha bir yeniyetmə karateçimiz finala yüksəldi
İki güləşçimiz Avropa çempionatının FİNALINDA
Güləşçimiz erməniyə qalib gəldi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 