Himayədar ailəyə götürdükləri uşaqlar üçün veriləcək aylıq və birdəfəlik müavinətlər təyin ediləcək.
ONN media xəbər verir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
O qeyd edib ki, müavinətlərə ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu və uşaqların sağlamlıq vəziyyətindən, yaşından, sayından asılı olaraq müəyyən edilmiş əlavə stimullaşdırıcı məbləğlər daxildir.
Qeyd edək ki, Azərbaycanda himayədar ailə modeli tətbiq ediləcək. Bununla bağlı məsələ Ailə Məcəlləsinə ediləcək dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Məcəlləyə 145.8.( Öz uşaqları da daxil olmaqla, hər iki valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 5-dən, bir valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 3-dən artıq ola bilməz) və 145.9. (Himayədar ailələr üçün himayəyə verilmiş uşaqların sayı 3-dən artıq olmamalıdır (bacı-qardaşlar himayəyə götürüldüyü hallar istisna olmaqla) maddələr əlavə edilir.
Həmçinin, yeni əlavə edilən 145.10.-cu maddəyə əsasən, himayədar ailəyə verilmiş uşağın əqli, fiziki, emosional, psixoloji inkişafına xələl gətirə biləcək halların qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailəyə verilən uşaqlar arasındakı yaş fərqini nəzərə almalıdır.



Övladlığa götürmə qaydaları DƏYİŞİR
ŞAD XƏBƏR - Yeni doğulan uşaqlara verilən müavinət artırıldı
Azərbaycanda nə qədər pensiyaçı var?
Prezident 2 fərman imzaladı
Pensiyaçıların sayı açıqlandı
Azərbaycanda aztəminatlı gənclərə yaşayış sahələri veriləcək?
Sosial müavinətlə bağlı YENİLİK - 540 min nəfər...
Nazirlikdən bu şəxslərə şad xəbər
İlham Əliyevdən yüz minlərlə vətəndaşa ŞAD XƏBƏR
Bu gənclərə yaşayış — SAHƏSİ VERİLƏCƏK
Müavinətlər və təqaüdlər artdı - Nazirlik
“Uşaqpulu bərpa oluna bilməz” — Mir Şahin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 