Prezident İlham Əliyevin yeni fərman və sərəncamları ilə müavinət və
təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində xüsusilə son illərdə geniş miqyas alan islahatların uğurla davam etdirilməsini təmin edir.
Yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı aşağıdakı kateqoriyalara aid şəxsləri əhatə edir:
Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər;
Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər;
Yaşa görə müavinət alanlar;
Ailə başçısını itirməyə görə müavinət alanlar;
Müddətli hərbi xidmətdə olanların uşaqları;
Uşaqların qəyyumları;
Beşdən çox uşağı olan qadınlar;
Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr;
Övladlığa uşaq götürənlər;
İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları;
“Xalq” və “Əməkdar” fəxri adı olanlar;
Doktorant və tələbələr.
Həmçinin aşağıdakı birdəfəlik müavinətlər artırılır:
Uşağın doğulmasına görə birdəfəlik müavinət;
Dəfn üçün birdəfəlik müavinət.
Dövlət başçısının imzaladığı yeni Fərman və Sərəncamları ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbənin əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.



ŞAD XƏBƏR - Yeni doğulan uşaqlara verilən müavinət artırıldı
Əlillərin müavinətləri bu qaydada artırılacaq - İZAH
Müavinətlər və təqaüdlər artdı - Nazirlik
Bu şəxslərə gələn aydan Prezident təqaüdü veriləcək
Bu gündən sosial müavinətlərin məbləği artır
Sosial müavinət və təqaüdlər yeni artımla birgə veriləcək
Sabahdan sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri artır
Sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə şad xəbər
Sosial müavinətlə bağlı YENİLİK - 540 min nəfər...
“Uşaqpulu bərpa oluna bilməz” — Mir Şahin
Azərbaycanda pensiya, müavinət və təqaüdlər artırılacaq - Prezident SƏRƏNCAMI
Azərbaycanda yeni Prezident təqaüdləri təsis edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 