“Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərov həbs edilib.
ONN media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Hüseyn Əsgərovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.İbtidai istintaq zamanı Hüseyn Əsgərovun qeyd olunan vəzifədə işləyərkən “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməyib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİ
İlqar Mustafayevin həbsi ilə bağlı açıqlama
Qarabağ qazisinə qarşı dələduzluq edən şəxsdən xəbər var
Azərbaycanda dələduz "prokuror" həbs olundu
Keçmiş komitə sədrinin qardaşı HƏBS EDİLDİ
Bakıda bələdiyyə sədri həbs olundu
Vəzifəli şəxsə cinayət işi açıldı
Vidadi Muradov 22 milyona yaxın pulu mənimsəyib
Bakıda bələdiyyə sədri həbs edildi
Nazim İbrahimovun qardaşı məhkəmə qarşısına çıxarılır
Vətəndaşların pulunu mənimsədi, həbs edildi
Azərbaycanda şirkət direktoruna cinayət işi açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 