Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
ONN media xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri ilə Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Fikrət Quliyev Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.



Bakıda bələdiyyə sədri həbs edildi
Vəzifəli şəxs rüşvət alarkən saxlanıldı
BNA-nın vəzifəli şəxsləri həbs olundu
SON DƏQİQƏ: Vəzifəli şəxslər rüşvətə görə həbs edildi
Çağırışçılardan rüşvət alan sabiq rəislə bağlı YENİ XƏBƏR
DTX bu İH-də əməliyyat keçirdi- SAXLANILAN VAR
Vətəndaşların pulunu mənimsədi, həbs edildi
İlqar Mustafayevin həbsi ilə bağlı açıqlama
Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu
SON DƏQİQƏ: "Antikorrupsiya" əməliyyat keçirdi - Vəzifəli şəxslər tutuldu
Rüşvət alan daha bir vəzifəli şəxs QANDALLANDI
Hərbi xidmətə çağırışla bağlı rüşvət alanlar saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 