Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs məsuliyyətə cəlb olunub.
ONN media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Mirdaməd Əzizovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.İstintaq-əməliyyat tədbirləri ilə Mirdaməd Əzizovun özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vəzifəli şəxsi kimi təqdim edərək sözügedən qurum tərəfindən inşa olunan binalardan mənzillərin alınması ilə bağlı ona müraciət etmiş çoxsaylı vətəndaşlara güzəştli şərtlərlə mənzil almalarını təmin edəcəyi barədə yalan vədlər verib saxta sənədlər təqdim etməklə həmin şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Qeyd edilən şəxsin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur.



Bakıda bələdiyyə sədri həbs olundu
Bakıda bələdiyyə sədri həbs edildi
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİ
Azərbaycanda daha bir "vəzifəli şəxs" HƏBS EDİLDİ
Külli miqdarda pul mənimsəyən şəxs ƏLƏ KEÇDİ
Bakıda vəzifəli şəxslərə cinayət işi açıldı
DTX MİDA-nın mənzil satışına müdaxilə edənləri məsuliyyətə cəlb edib
BNA-nın vəzifəli şəxsləri həbs olundu
SON DƏQİQƏ: MİDA nəticələri ilə bağlı həbs edilənlər var
Azərbaycanda dələduz "prokuror" həbs olundu
“Qurtuluş 93” şirkətinin sədri həbs edildi
SON DƏQİQƏ: Vəzifəli şəxslər rüşvətə görə həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 