Bu gün Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır.
ONN media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri də milli mənafelərə əsaslanan səmərəli və praqmatik xarici siyasət strategiyasının qurulması idi:
"Ümummilli Lider Heydər Əliyev keçmiş münaqişənin həllini ən vacib məsələ kimi xarici siyasət gündəliyində müəyyən etmişdi. Bu istiqamətdə atılmış mühüm addımlardan biri atəşkəsin əldə edilməsi oldu".C.Bayramov bildirib ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi:
"Ümummilli Lider torpaqlarımızın azad olunacağını və xalqımızın öz yurd-yuvalarına qayıdacağını bildirirdi. Bu missiya Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerinə yetirildi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. Azad edilən ərazilərimiz dövlət başçısının rəhbərliyi ilə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirak ilə yenidən dirçəlir. Bu gün üçrəngli bayrağımız azad edilən torpaqlarda qürurla dalğalanır".Nazir vurğulayıb ki, Azərbaycanın postmünaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir:
"Bu gün ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır. Əminik ki, bütün bu nailiyyətlərə görə Ulu Öndərin ruhu şaddır".



Ceyhun Bayramov Naxçıvana gedib - YENİLƏNİB
İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycanın XİN başçısı Tbilisidə Heydər Əliyevin büstünü ziyarət etdi
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
Energetika Nazirliyində Ulu Öndərin anadan olmasının 95 illiyi qeyd olunub
Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
"Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub"
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
Heydər Əliyev Azərbaycanı Şuşasız təsəvvür etmirdi
Prezident və xanımı Fəxri xiyabanda
DSX-nin rəhbər heyəti Fəxri xiyabanda
Habil Qurbanov: “Heydər Əliyev siyasi kursu Azərbaycanın davamlı inkişafını təmin edən başlıca amildir”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 