Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
ONN media xəbər verir ki, sərəncama əsasən, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir.
Nazirlər Kabinetinə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.



Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edildi
Türk şəhərlərinin nümayəndələri Şuşada toplandı
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Şuşa türk dünyasının mədəniyyət paytaxtı ola bilər
Bu il Şuşa daha bir böyük tədbirə ev sahibliyi edəcək
Əli Əsədov Şuşa ilə bağlı sərəncam imzaladı
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
"TÜRKSOY"un bu iclası Şuşada keçiriləcək
Amreyev "Şuşa bəyənnaməsi"ndən danışdı
Mədəniyyət paytaxtının simvolu Şuşaya ötürüldü
Bu tarixdən Şuşaya turist səfərləri təşkil ediləcək - Nazir
Şuşa və Ərzurum şəhərləri qardaşlaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 