Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, "Vətən müharibəsi iştirakçısı”, "Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalaraq çənəsinin sındırılması ilə nəticələnən hadisənin detallarını açıqlayıb.
ONN media xəbər verir ki, bu barədə o yaxın ətrafına bildirib.Namiq Babayev bildirib ki, Rəvan Nəbizadə ona qəflətən yumruq atıb:
"Əgər mən bilsəydim ki, o, məni vuracaq o zaman tədbir görərdim. Rəvan Nəbizadə Vətən Müharibəsinin qazısı olduğunu bildirərək ona əlillik dərəcəsi verilməsini tələb edirdi. Lakin bunu çox qeyri-etik formada həyata keçirməyə çalışırdı.Qəbul otağında böyük səs-küy yaratmışdı. Həmçinin nümayişkaranə şəkildə vətəndaşlar üçün nəzərdə tutulmuş yerdə deyil, gəlib agentliyin xanım əməkdaşının yerində əyləşdi.Mən ona yaxınlaşdım və çox sakit şəkildə izah etməyə başladım ki, narahat olmasın, bizim üçün müharibə iştirakçılarının, qazilərin müraciətləri prioritetdir. Əgər onun müraciəti əsaslı olarsa, 100 faiz kömək edəcəyimi bildirdim. Amma o, gözləmədiyim halda mənə yaxınlaşdı və yumruq vurdu. Mən əvvəlcə elə bildim sadəcə dişim qırılıb. Sonradan məlum oldu ki, çənəm qırılıbmış. Hətta bununla kifayətlənməyib ikinci dəfə daha güclü bir zərbə vurdu.Mən ona qarşı heç bir kobudluq etmədim. Çox mədəni şəkildə dinlədim və cavab verdim. Hətta məni vurduqdan sonra da öz təmkinimi qorudum”.
Bildirək ki, hadisə nəticəsində Namiq Babayevin çənə sümüyü 2 yerdən sınıb, dişləri qırılıb və bu günlərdə əməliyyat olunub.R.Nəbizadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.



Müharibə iştirakçısı qazini döydü
Şuşa uğrunda döyüşən zabit vəfat etdi
Vətən müharibəsində fərqlənən hərbçilər bu medallarla da təltif ediləcəklər - SİYAHI
İntihar edən qazi ilə bağlı rəsmi açıqlama
Vətən Müharibəsində fərqlənən hərbçilərə BU ORDEN və MEDALLAR veriləcək
Polisin qucaqladığı qazi ilk dəfə danışdı
Ehtiyatda olan mayor vəfat etdi
Şəhid anası vəfat etdi
Yeni orden və medallarla bağlı layihə təsdiq edildi
Vətən müharibəsi iştirakçısı vəfat etdi
“Zəfər” və “Qarabağ” ordenləri təsis edildi - İkinci oxunuş
Azərbaycanda "Zəfər" və "Qarabağ" ordenləri kimlərə veriləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 