Türkiyədə prezident və parlament seçkilərində təbliğat kampaniyası bu gün yerli vaxtla saat 18:00-da dayandırılıb.
ONN media xəbər verir ki, prezidentliyə namizədlər və siyasi partiya nümayəndələri son çıxışlarını TRT telekanalları və radioları ilə ediblər. Parlament seçkilərinə qatılan 24 partiyanın təmsilçiləri saat 12:53-dən etibarən püşklə müəyyənləşən sıra ilə vədlərini seçicilərə çatdırıb.
Xatırladaq ki, Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində 60 milyon 697 min 843 seçici səs verə biləcək. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi mayın 9-da başa çatıb, gömrük məntəqələrində səsvermə isə davam edir.
Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək



Türkiyədə seçki başlayıb- NƏLƏR BAŞ VERƏCƏK?
Türkiyədə səsvermə başlayıb
Ərdoğan parlament və prezident seçkilərində səs verdi
Ərdoğan: Seçici fəallığı Türkiyədə demokratiyanın səviyyəsinin göstəricisidir
Əliyevdən sonra Ərdoğanı kim təbrik etdi?
Türkiyədə seçkilər başladı
Türkiyədə prezidentliyə 3-cü namizədin adı açıqlandı
Ərdoğanın qalib olması üçün neçə min səsi çatmadı?
Sinan Oğan rəsmən qərarını açıqladı
Ərdoğan Sinan Oğanın hansı təklifini rədd etdi?
Türkiyədə prezidentliyə namizəd azərbaycanlı kimdir?
Azərbaycanda ən çox bu namizədə səs verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 