Türkiyədə 13-cü prezident və 28-ci parlament seçkilərinin startı verildi.
ONN media xəbər verir ki, bu dəqiqədən səsvermə məntəqələri seçicilərin üzünə açılır. Seçkilər saat 17:00-a qədər davam edəcək. Həmin vaxt seçki məntəqələrinin önündə gözləyənlər olarsa, onların da səsvermə hüququ tanındıqdan sonra seçki məntəqələri bağlanacaq və səslərin sayımı başlayacaq.
Bu seçkilərdə prezidentlik uğrunda 3 namizəd – Cümhur İttifaqının namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Millət İttifaqının namizədi, CHP sədri kamal Kılıçdaroğlu və ATA İttifaqının namizədi Sinan Oğan mübarizə aparır. Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri götürdüyünü açıqlasa da, Ali Seçki Qurumu ona verilən səslərin keçərli olacağını açıqlayıb. Belə ki, M.İncə seçkilərə 2 gün qalmış namizədliyini geri çəkib, qanunvericiliyə görə, onun namizədlikdən çəkilməsi vaxtı keçib. Ancaq ikinci tur olarsa, o zaman İncənin adı seçki bülletenindən çıxarılacaq.
Prezidentliyə namizədlərdən heç biri 50% səs toplamasa, 28 mayda ikinci tur keçiriləcək.
Türkiyədə 64 milyon 113 min 941 seçici üçün 191 min 884 seçki qutusu ayrılıb.
Parlament seçkisinə 24 siyasi partiya və 151 müstəqil namizəd qatılıb.
Səsvermə hüququ olanların 50,6 faizi qadın, 49,4 faizi kişidir.
Nələr qadağandır?
Səsvermə günü saat 06:00-dan 00:00-dək spirtli içki satışı, restoranlarda verilməsi və içilməsi qadağandır. Restoranlar yanlız qida ilə vətəndaşları təmin edə bilərlər. Bütün əyləncə mərkəzləri səsvermə müddətində bağlı olacaq. İş başında olan hüquq-mühafizə orqanı əməkdaşlarından başqa kimsə icazəli silahını gəzdirə bilməz.
Ötən gün saat 18:00-da başlayan təbliğat qadağası bu gün 21:00-dan sonra götürüləcək.
Ali Seçki Qurumu seçkinin ilkin nəticələrini 23:59-da qədər elan edəcək.
Səs sayımı və nəticələr canlı yayımla aparılacaq



Türkiyədə səsvermə başlayıb
Əliyevdən sonra Ərdoğanı kim təbrik etdi?
Türkiyədə təbliğat kampaniyası dayandırıldı- SON SAATLAR
Azərbaycanda parlament seçkilərinə səsvermə başladı
İncə elan etdi: Namizədlikdən çəkilirəm
Ərdoğan Sinan Oğanın hansı təklifini rədd etdi?
Ceyhun Bayramov səs verdi
Azərbaycanda ən çox bu namizədə səs verildi
Sinan Oğan rəsmən qərarını açıqladı
Türkiyədə seçkilər ikinci tura qaldı
Sinan Oğan kimə səs verəcək?
Bu gün Azərbaycanda "sükut günü"dür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 