ONN media Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, "Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Quba, Qusar, Xaçmaz bölgəsində müharibədə iştirak edən şəxslərə hüquqi yardımın göstərilməsi” layihəsi çərçivəsində 27 aprel – 07 may tarixlərində Quba, Qusar və Xaçmaz rayonlarında bir qrup I və II Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailə üzvlərinə müvafiq qaydada hüquqi konsultasiya xidmətləri göstərilib. Konsultasiyadan yararlanan Müharibə iştirakçıları və bir qrup şəhid ailə üzvləri onları narahat edən istər hüquq və güzəştləri ilə bağlı suallarına, istərsə də, digər hüquqi yardımlar ilə bağlı məsələlərə aydınlıq gətirilib.
Müraciət edən iştirakçılara şikayəti, problemi əsasında aidiyyatı qurumlara müraciət edilməsi, prosedur qaydaları, ərizə yazmaq və s kimi irili-xırdalı məsələlər ilə bağlı bir çox hüquqi xidmətlər göstəriliKonsultasiyadan yararlanan şəxslərin suallarına əsasən ev, mənzil növbəsinə, məşğulluq ilə bağlı müraciətlərdən ibarət idi ki, aidiyyatı üzrə prosedur qaydaları iştirakçıların diqqətinə çatdırılıb. Ərizə yaza bilməyən şəxslərə isə yerində müvafiq köməklik göstərilərək müvafiq qaydada istiqamətləndirilib.
Bundan əlavə layihə çərçivəsində hazırlanan "Şəhid ailələri, Müharibə veteranları və iştirakçıları üçün hüquqi yardım toplusu” kitabı konsultasiya xidmətində iştirak edənlərə və yerli icra orqanlarının dəstəyi ilə yerlərdə paylanılıb



"Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırıb
"Analar baş tacımız" adlı tədbir keçiriləcək
Analar baş tacımız
“Şah Quba” istirahət mərkəzində şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirildi
Bu vəkillərə 2.6 milyon manat ödənildi
1700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edildi - RƏSMİ
Vətən müharibəsi şəhidlərinin ailələrinə pensiya, müavinət və təqaüd təyin edildi
Şəhid ailələri və qazilərə bu vergi güzəştləri ediləcək
Aprel şəhidi gizir Ravil Novruzov haqqında film çəkilib
Milli Məclisin komitə sədri şəhid ailələri ilə görüşüb
Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olundu
Müharibə əlillərinin pensiyası nə qədər artıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 