ONN media xəbər verir ki, 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Ravil Novruzovun həyat və döyüş yolundan bəhs edən film ictimaiyyətə təqdim olunub.
İyulun 27-də Quba "ASAN xidmət" mərkəzində təşkil olunan təqdimat mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Filmin çəkilişləri şəhidin doğulub boya-başa çatdığı Xızı rayonunda həyata keçirilib. Şəhid R.Novruzovun obrazını gənc aktyor Rəşad Əliyarov canlandırıb.
Tədbirdə çıxış edənlər R.Novruzovun vətənpərvər övlad olmasından, doğma vətəni Azərbaycana sevgisindən danışıblar. Ravilin daim xatirələrdə yaşayacağı, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğu bildirilib.
Çıxışlarda ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən, həmçinin 2016-cı il aprel ayında cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurlardan danışılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəsi Şurasının maliyyə dəstəyi ilə "Regional Medianın İnkişafına Yardım" İctimai Birliyinin layihəsi çərçivəsində ərsəyə gələn filmin rejissoru Dəyanət Rzayev, prodüseri Vəli Turan, ssenari müəllifi Coşqun Beydullayev, quruluşçu operatoru Elmar Nəbiyevdir.
"Gerçək olan arzu" adlanan film iyul ayının 30-u saat 21:00-da "ARB Media Qrup"a daxil olan "ARB Günəş" televiziyasında yayımlanacaq. Filmin, həmçinin ARB kanalında da yayımlanması nəzərdə tutulub.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Ravil Novruzov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına layiq görülüb.



Torpağı şəhid, anası şəhid, özü şəhid Raquf Orucov
Vətən müharibəsi şəhidi dəfn edildi
Şəhid polkovnik dəfn olunub
Şəhid gizir İlqar Zeynallı torpağa tapşırıldı - VİDEO
Astarada aprel şəhidinin xatirəsi anılıb
Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib
Şəhid Qurbanov Yusif dəfn edildi
Vətən müharibəsi şəhidinin adına bulaq açıldı
Tovuzda həlak olan QƏHRƏMAN ŞƏHİDLƏRİMİZ haqqında tükürpədən faktlar - FOTOLAR
Şəhid uşaqları üçün bayram tədbiri keçirilib
Vətən müharibəsi şəhidi anım günündə yad edildi
Şəhidin həyat yoldaşı pulu götürüb başqası ilə QAÇDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 