ONN media xəbər verir ki, iyunun 1-2-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə şəhid analarına həsr olunmuş "Analar baş tacımız"layihəsi çərçivəsində bir qrup şəhid analarının Quba rayonunun "Şah Quba" istirahət mərkəində istirahətləri və şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir təşkil olundu. Səfər zamanı Qubanın şəhid anaları qonaq olan şəhid analarını çox böyük hörmət və ehtiramla qarşıladı və birlikdə Quba rayonunun Şəhidlər Xiyabanını, Quba rayonunun şəhidlərinin xatirəsinə yaradılmış "Şəhidlər Muzeyi"ni, Quba Soyqırım Memorial Kompleksini ziyarət etdilər. Görüş zamanı çox təsirli anlar yaşandı.
Şəhidlər Xiyabanında ziyarətçi şəhid anaları öz övladı kimi hər bir şəhid məzarının yanında duraraq məzar daşlarını sığalladı, dualar oxudular. "Şah Quba" istirahət mərkəzində şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirildi. İstirahət mərkəzində istirahət edən insanlar tədbirdə böyük ehtiramla iştirak etdilər. Tədbir zamanı şəhidlərimizin xatirəsinə həsr olunmuş sosial çarx nümayiş olundu. "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, "Şah Quba" istirahət mərkəzinin direktoru Humayə Məmmədova, iki oğlunu Vətənə qurban verən şəhid Nurlan və "Vətən Müharibəsi Qəhrəmanı" İntiqam Əsgərlilərin anası Ziba xanım, "Vətən naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid Miqdad Abduləlimovun anası Tünzalə xanım çıxış edərək bildirdilər ki, bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir. Tədbirin sonunda "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədiri Ceyran Həsənova layihənin icrasına maddi dəstək olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, şəhid analarının istirahəti üçün göstərilən xüsusi diqqət qayğıya, yüksək səviyyədə yaradılan şəraitə, eyni zamanda xidmətə görə "Şah Quba" istirahət mərkəzinin direktoru Humayə Məmmədovaya və istirahət mərkəzinin əməkdaşlarına minnətdarlığını bildirmişdir. Qubanın füsunkar, gözəl təbiətində 2 gün istirahət edən şəhid analarının xatirəsindən bu unudulmaz günlər, anlar heç bir zaman çıxmayacaq.



“Şah Quba” istirahət mərkəzində şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirildi
"Analar baş tacımız" adlı tədbir keçiriləcək
Şəhidlərimizə Aya Sofyada dualar oxundu
Şəhid ailə üzvlərinə hüquqi konsultasiya xidmətləri göstərilib
Yevlaxda şəhidlərin xatirəsinə abidə ucaldıldı
Daha 7 şəhid dəfn olunacaq
“Zəfər Yolu” layihəsi Ağdamda tədbir keçirdi
Türkiyəli mütəxəssislər Fəxri xiyabanda
Zəngilanda ağacəkmə aksiyası keçirildi
Anım Günündə Fəxri Xiyabanda izdiham
Zərdabda Xocalı faciəsinin anım günü keçirildi
Qaradağ rayonunda şəhid ailələri və qazilərlə Novruz bayramı qeyd edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 