Mədə qanaxması – nəinki mədə-bağırsaq traktının, həmçinin qanın laxtalanma sisteminin, digər orqanların bir çox xəstəliklərinin təhlükəli ağırlaşmasıdır. Dünya üzrə böyüklər arasında hər 100 000 nəfərdən təxminən 170-də bu patologiyaya rast gəlinir. Əvvəllər hesab olunurdu ki, mədə hemorragiyasının başlıca səbəbi xora xəstəliyidir.
ONN media xəbər verir ki, hazırda patologiyanın başlıca səbəblərinə mədənin selikli qişasının qeyri-xora mənşəli zədələnməsi: medikamentoz eroziya, stresslə əlaqəli zədələnmələr, mellori-veys sindromu aid edilir. Qanayan xoraların formalaşmasına xroniki böyrək çatışmazlığı da gətirib çıxara bilər. Digər amillərə ürək-damar xəstəlikləri fonunda mədənin selikli qişasının işemiyası, qaraciyər sirrozu, bədxassəli törəmələr (eləcə də onlara qarşı kimyaterapiya), mədə qişasının kimyəvi və fiziki yanıqlarını misal göstərmək olar. Həmçinin kəllə-beyin travmaları, şok, ümumi soyuqlama, sepsis, ağır psixoemosional stress, miokard infarktı, hiperparatireoz, terminal onkopatologiyalar MBT-dən qanaxma törədə bilir.
Klinik təzahürlər hemorragiyanın intensivliyi və davametmə müddətindən asılıdır. Qısa sürən qeyri-intensiv qanaxmalar yalnız bədən vəziyyəti dəyişdikdə başgicəllənmə, göz önündə qara ləkələr, halsızlıqla müşayiət oluna bilər. Orta intensivlikli qan itirmə zamanı qan mədə boşluğunda toplanır, qismən onikibağırsağa keçir. Mədə şirəsinin təsirindən hemoqlobin oksidləşərək, hematinə çevrilir.



Mədə nevrozu – Səbəbi, əlamətləri
Çayın bilmədiyiniz ZƏRƏRLƏRİ
Azərbaycanda uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb
Həzm pozğunluğu üçün nə etməliyik?
Mədə koronavirusu necə olur? – Çox xəstələr belə yoluxur
DİQQƏT: Bu məhsulları acqarına yemək OLMAZ
Mədə xərçəngindən qurtulmağın yolu - ŞƏRTLƏR
Kimə sarımsaq yemək olmaz?
Narın bilmədiyiniz faydaları
DİQQƏT- Bu qidaları acqarına yemək olmaz
Energetik içkilərin hansı fəsadları var?
Tez-tez turşu yeyənlər MÜTLƏQ OXUSUN: Yeməkdən əvvəl...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 