Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.
ONN media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün onu Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.
R.Rzayevin vəkili Səlahəddin Cəfərov açıqlamasında bildirib ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Bu cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.
Vəkil məhkəmənin qərarını əsassız və ədalətsiz adlandırıb. “Bu qərardan yüksək instansiya məhkəməsinə şikayət edəcəyik”, - S.Cəfərov əlavə edib.
Xatırladaq ki, Rza Rzayev 175 saylı tam orta məktəbin direktoru Tural Mirzəliyevi döyməkdə təqsirləndirilib. Hadisə 2018-ci il yanvar ayının 29-da 220-saylı məktəb-liseydə baş verib.
Belə ki, təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb.
Rza Rzayev barəsində Nizami rayon Polis İdarəsində cinayət işi başlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Rza Rzayev millət vəkili Aqil Abbasın romanı və ssenarisi əsasında çəkilmiş “Dolu” filmində rol aldığı Drakon obrazı ilə məşhurlaşıb



Həbs edilmiş Tonoyanın müraciəti rədd edildi
Vəkil Fədayə Laçına şərti cəza istədi
Tanınmış prodüserdən YENİ XƏBƏR
Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB?
Rəşad Dağlının dostunu güllələyən şəxsə ağır cəza
Azərbaycanda məşhur restoranın sahibi HƏBS EDİLDİ
Fədayə Laçının məhkəməsi təxirə salındı - SƏBƏB?
Eldar Həsənovdan YENİ XƏBƏR var
Həbs olunan Kamil Zeynallı ilə bağlı YENİ XƏBƏR
Məşhur aktyor HƏBS EDİLDİ
Jurnalist Mahir Xəttabdan YENİ XƏBƏR VAR
Əsgər Ağayevin şikayəti təmin edilmədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 