Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) bu ölkədə fəaliyyət göstərən Azərbaycan icmasının Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərlər Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı məktubunu cavablandırıb.
ONN media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovaya ünvanlanan məktubda Ermənistan hakimiyyəti tərəfindən hər iki Azərbaycan əsgərinə qarşı qeyri-insani rəftara yol verilməsi ilə bağlı məlumat verildiyinə görə minnətdarlıq ifadə edilib.
“Mən Azərbaycanla və Cənubi Qafqaz kimi daha geniş regionla əlaqələrimizə məsuliyyət daşıyan nazir kimi cavab verirəm. FCDO ümumbəşəri insan hüquqlarının önə çəkməyə can atır. Biz dövlətləri məhbuslarla beynəlxalq insan haqları hüququna uyğun davranılmasını təmin etməyə çağırırıq. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin tələb etdiyi kimi, buna humanist rəftar və insan şəxsiyyətinə xas ləyaqətə hörmət daxildir.Dövlətlər himayəsində olan şəxslərlə humanist rəftar sahəsində minimum təminatları təmin etmək üçün tədbirlər görməlidir. Buna məhbusların ilkin tələbatının və əsas ehtiyacları ilə bağlı xidmətlərin təmin edilməsi daxildir. Böyük Britaniya hökuməti mütəmadi olaraq müxtəlif tərəfdaşlarla, o cümlədən Ermənistanla insan hüquqları məsələlərini qaldırır”, - məktubda vurğulanıb.



Britaniya ilə əlaqələrin 30 illiyi ilə bağlı tədbir keçirildi
Əsir düşən hərbiçilərimizlə bağlı daha bir xəbər
İlham Əliyev Consonu təbrik etdi
Londonda Pakistan icması ilə görüş keçirildi
İlham Əliyev Boris Consonu təbrik etdi
Ceyhun Bayramov Ceyms Şarpı qəbul etdi
Ceyhun Bayramovun əsir əsgərlərlə bağlı məktubu BMT-nin sənədi kimi yayılıb
Prezident Elin Süleymanovla bağlı sərəncam imzaladı
XİN İrəvana çağırış etdi
İlham Əliyev Britaniyanın Silahlı Qüvvələr nazirini qəbul etdi
İlham Əliyev sərəncam imzaladı
Londonda Azərbaycanla bağlı lövhələr quraşdırıldı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 