İnsan orqanizmində yod çatışmazlığı ən böyük problemdir. Bu, ilk növbədə zob xəstəliyinə səbəb olur. Zob xəstəliyinin yod çatışmazlığı nəticəsində əmələ gəlməsi halı ilk dəfə 1820-ci ildə aşkar olunub. Həmin vaxtlar alimlər bunu ciddi qəbul etməyiblər. Müasir dövrdə isə zob daha çox yayılıb və təhlükəli hesab edilir.
ONN media xəbər verir ki, orqanizmin inkişafı üçün insana qida ilə yanaşı, kimyəvi elementlərin olması da vacibdir. Bu elementlər içərisində yod mühüm rol oynayır.
İnsan həyatı üçün mühüm əhəmiyyət kəsb edən yod insan orqanizminə üç yolla - hava, su və qida məhsulları ilə daxil olur. Son günlər isə içdiyimiz rəngli sular zob yaradır.Tibb elmində boğaz uru adlandırılan bu xəstəlik el arasında zob adı ilə məşhurdur.
Zob - qalxanabənzər vəzin potologiyasıdır. Bu anadangəlmə və qazanılmış ola bilir. Zobun bir çox növləri mövcuddur: qarışıq, düyünlü, defus toksik, endemik. Bunlar həmçinin zəhərli və adi zob olmaqla da iki yerə ayrılır. Bu vəzin inkişafının dayanması və funksional aktivlikdən qalması ilə müşayiət olunur. Zob xəstəliyinə dağlıq bölgələrdə daha çox rast gəlinir. Belə bölgələrdə yod çatışmazlığı olduğu üçün endemik zoba tutulanlar çoxdur.
Zobun ən geniş yayılmış forması defus toksikli urdur. Bu, eyni zamanda zobun ən qorxulu, fəsadlı formasıdır. Mərkəzi sinir və qan damar sisteminin pozğunluğu, ağırlaşması ilə müşayiət olunur. Hətta bu hal mərkəzi sinir sistemini psixoza və ürək çatışmazlığına gətirib çıxarır. B
u, bir çox kliniki hallarla özünü büruzə verir: Ürək tez-tez döyünür, gözlər bərəlir, bədən əsməyə başlayır, xəstədə kəskin arıqlama halları başlayır.
Xəstəlik zamanı insan qəribə hallar keçirir: həyəcanlı, narahat olur, özünə yer tapa bilmir, cümlə qurub danışmaqda çətinlik çəkir, ürəyi sıxılır. Müalicə vaxtında aparılmadıqda bu hallar daha da kəskinləşir, xəstənin vəziyyəti ağırlaşır, tez-tez qorxur, dəli kimi olur. Adi halda ürək 4-5 litr qan vurursa, bu zaman 30-40 litr qan vurmağa başlayır ki, bu da qan-damar sisteminin zəifləməsinə, ürək çatışmazlığına gətirib çıxarır.
Zobun müalicəsi necə aparılmalıdır?
Müalicə əsasən üç üsulla aparılır: konservativ, cərrahi və radiaktiv şüalar vasitəsilə. Ümumiyyətlə, dünya alimlərinin araşdırmalarına görə, zob xəstəliyi tamamilə yoxedilmə funksiyasına malik deyil.
Xəstəlik müəyyən müddətdən sonra yenidən baş qaldıra bilər. Dəniz kələmini qurudub, ondan çay kimi dəmləyib içməklə özünüzü zobdan qoruya bilərsiniz.
Zobun digər bir dərmanı isə feyxuadır. Onu ət maşınından çəkib, şəkər tozu ilə qarışdırın (hər ikisi eyni miqdarda olmaq şərtilə). Hər səhər yeməkdən 30-40 dəqiqə əvvəl 2 xörək qaşığı qəbul edin.
Şirin və rəngli qazlı sular içməkdən çəkinin.



Azərbaycanda bu qida məhsulları təhlükəli hesab ediləcək
Tez-tez turşu yeyənlər MÜTLƏQ OXUSUN: Yeməkdən əvvəl...
Tez-tez köpürsünüzsə, diqqətli olun! - Bu ağır xəstəliklərə işarə edir
Bədəndəki müəmmalı göyərmənin sirri nədədir?
Gün ərzində neçə dəfə qidalanmaq lazımdır? - Alimlərin fikri
Bu əlamətlər hansı vitamin çatışmamazlığına işarədir
Pendirin orqanizmə faydaları və zərərləri
Azərbaycana qanunsuz gətirilən bu dərmanla bağlı XƏBƏRDARLIQ
Turşuların bilmədiyiniz ziyanları - İltihab, artıq çəki, sirroz...
Dönər hazırlanması barədə məlumatlara dair yeni bəyanat
Havadakı toz dumanı ilə bağlı XƏBƏRDARLIQ
İçməli sulardakı təhlükəni bilirdinizmi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 