Martın 28-də terror hücumuna məruz qalmış Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında iştirak edir.
ONN media xəbər verir ki, deputat səhhətindəki problemlərlə əlaqədar iki ay idi ki, Milli Məclisin komitə və plenar iclaslarında iştirak edə bilmirdi.
Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Ona zəruri tibbi xidmətlər göstərilib.Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Nəticədə, əvvəlcə terror aktının sifarişçisi, sonra isə icraçılar müəyyən edilib. DİN və DTX-nin şəxsi heyətinin birgə səyləri, polis əməkdaşlarının peşəkarlığı və fədakarlığı sayəsində aprelin 2-dən 3-nə keçən gecə cinayətkar dəstənin üzvləri həbs ediliblər. Hadisədə əli olan bir neçə nəfər tutulub//axar.az



Fazil Mustafaya sui-qəsdlə bağlı saxlanılanların sayı BƏLLİ OLDU - RƏSMİ
DTX-nın MƏLUMATI: Fazil Mustafaya qarşı terror aktı...
Sui-qəsdə cəhd edən şəxsin aqibəti necə oldu?
Fazil Mustafaya sui-qəsdlə bağlı şahidlər danışdı
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı detallar açıqlandı
Ordumuz irəliləyən kimi Fazil Mustafa vuruldu
Fazil Mustafanın maşını bu hala düşüb- FOTO
4 partiya sədrinə vəzifə verildi
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək
SON DƏQİQƏ: Fazil Mustafa güllələndi
Fazil Mustafanın son durumu necədir?
Sabah Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 