Paytaxtın bir neçə istiqamətlərində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir.
ONN media xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev bildirib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.



DTX-nın MƏLUMATI: Fazil Mustafaya qarşı terror aktı...
Fazil Mustafa Milli Məclisin plenar iclasına qatıldı
Sui-qəsdə cəhd edən şəxsin aqibəti necə oldu?
Fazil Mustafaya sui-qəsdlə bağlı şahidlər danışdı
Fazil Mustafa necə güllələnib?
Fazil Mustafanın maşını bu hala düşüb- FOTO
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı detallar açıqlandı
Ordumuz irəliləyən kimi Fazil Mustafa vuruldu
Fazil Mustafanın son durumu necədir?
Fazil Mustafanın necə güllələndiyi AÇIQLANDI
SON DƏQİQƏ: Fazil Mustafa güllələndi
Düşmən olduqca hiyləgər taktika seçib - Fazil Mustafa
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 