İyunun 1-də Şuşada “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı keçirilib. Türkdilli dövlətlərin uşaq rəqs qrupları arasında keçirilən festival Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
ONN media xəbər verir ki, festivalda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər qonaqlar iştirak ediblər.
Festivalda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Azərbaycandan olan 150-yə yaxın məktəblinin ifasında müxtəlif rəqs nömrələri nümayiş etdirilib.
Qeyd edək ki, beynəlxalq rəqs festivalının təşkilində məqsəd uşaq və gəncləri dünyaşöhrətli siyasətçi Heydər Əliyevin türk dünyası ilə bağlı gördüyü işlər haqqında məlumatlandırmaq, türkdilli dövlətlərin gənc nəslinə ölkəmizi tanıtmaq, uşaqları bir-birlərinin milli adət-ənənələri ilə tanış etmək, onlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçılara tanıtmaqdan ibarətdir//axşam.az



Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi
"Cümhuriyyət üçün rəqs et!” adlı uşaq bağçaları arasında rəqs festivalı keçirilib
Hərbçilərimiz festivalda birinci yeri qazandı
Şuşada “Xarıbülbül” festivalı başa çatdı
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının tərkibi dəyişdirildi
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Bu deputatlara maşın verilir - Siyahı
Əli Əsədov komissiyanın TƏRKİBİNİ DƏYİŞDİ
Mehriban Əliyeva "Uşaq festivalı" ilə bağlı paylaşım edib
Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək
Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Baş nazir bu qərara dəyişiklik etdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 