İngiltərədə qan testi ilə 50-dən çox xərçəng növünü aşkar etmək mümkün olacaq.
ONN media xəbər verir ki, İngiltərə və Uelsdə ailə həkimlərinə bəzi şübhəli əlamətlərlə müraciət edən 5000 insan üzərində aparılan testlər xərçəngin üçdə ikisini düzgün aşkar edib.
Test həmçinin xərçəng hallarının 85 faizində xəstəliyin növünü də təyin edib.
"Galleri" adlanan test müxtəlif xərçəng növlərindən sızan genetik kodun hissələrində spesifik dəyişiklikləri axtarır. Müalicə edilə bilən xərçəng növlərinin testlərlə erkən aşkarlanması insanların həyatını xilas edə bilər.
Oksford Universitetinin tədqiqatçıları testin hələ də "inkişaf üçün açıq olduğunu" bildirirlər. Bununla belə, ekspertlər bunun xərçəng diaqnozu qoyula bilən halların sayını artıracağını da düşünürlər.Tədqiqata daxil edilən xəstələrin 350-dən çoxunda skan və biopsiya kimi ənənəvi üsullardan istifadə edərək xərçəng diaqnozu qoyulub.Araşdırmada qan testi müsbət çıxan xəstələrin 75 faizi, qan analizi mənfi çıxan xəstələrin 2,5 faizində xərçəng aşkarlanıb.
Araşdırmanın koordinatorlarından biri olan professor Mark Middleton bildirib ki, test hələ də xərçəngə qəti diaqnoz qoymaq üçün kifayət qədər dəqiq deyil. Amma diaqnozun sürətli qoyulması üçün mühüm irəliləyişdir.
Testi müsbət çıxan xəstələrdə endoskopiya və ya skan üsulu ilə yoxlama aparılacaq.
Testi ilə bağlı araşdırmanın nəticələri Çikaqoda Amerika Klinik Onkologiya Cəmiyyətinin konfransında təqdim olunacaq və “The Lancet Oncology” jurnalında dərc olunacaq.



Xərçəngə qarşı mübarizədə MÜHÜM ADDIM
Erkən ölümün qarşısını almaq üçün ƏN EFFEKTİV ÜSUL
Kökün inanılmaz faydaları açıqlandı
Xərçəng hüceyrələrini məhv edən dərman sınaqdan keçirildi
Xərçəng riskini azaltmaq üçün yoqa edin - ALİMLƏR
Xərçəngin genetik səbəbləri üzə çıxdı
Bu əlamətlər beyin şişinə işarə edir!
Orucun xərçəngə qarşı inanılmaz faydası - Şok faktlar
Ən çox xərçəngə meyilli orqan hansıdır?
Xərçəngin qarşısını almağın ən sadə yolu tapıldı
Koronavirus bu şəxslər üçün xüsusilə təhlükəlidir - ARAŞDIRMA
Xərçəngin hansı növləri irsidir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 