London İmperial Kolleci və Kembric Universitetinin alimləri velosiped idmanını vaxtından əvvəl ölüm riskini azaldan ən təsirli yol adlandırıb. ONN media xəbər verir ki, tədqiqatın nəticələri “Medical Xpress”də yayımlanan press-relizdə açıqlanıb. Mütəxəssislər 1991-ci ildən 2016-cı ilə qədər 300 min insanın sağlamlıq vəziyyətini və həyat tərzini izləyib. Məlum olub ki, avtomobil istifadə edənlərə nisbətən velosipedlə işə gedənlərdə erkən ölüm nisbəti 20 faiz, ürək-damar xəstəliklərindən ölüm halları isə 24 faiz azdır. Xərçəngdən ölüm 16 faiz, xərçəng diaqnozu qoyulan xəstələrin sayında isə 11 faiz azalma müşahidə olunub. Maraqlıdır ki, piyada gəzinti velosiped sürməkdən az effektli olub. Piyadalarda xərçəng xəstəliyinə tutulanların sayı yeddi faiz az olub, ancaq gəzinti ilə ürək-damar xəstəlikləri arasındakı əlaqə etibarlı şəkildə müəyyən edilə bilməyib. Tədqiqatçılar qatar sərnişinləri arasında da ölüm hallarının azalmasını müşahidə edib. Bu qrupda vaxtından əvvəl ölüm riski 10 faiz, ürək-damar xəstəliklərindən ölüm 20 faiz, xərçəng xəstələrinin sayı 12 faiz azalıb. Bunun səbəbi insanların dəmir yolu stansiyalarına piyada getmələri və hesablanmamış amillərə daha az meyl göstərmələri ola bilər.
Erkən ölümün qarşısını almaq üçün ƏN EFFEKTİV ÜSUL



Həkimlər koronavirusdan artan ÖLÜM RİSİKİNİ müəyyənləşdirdi
Sağlam qalmaq üçün nə etməliyik?
Ürək xəstəlikləri və insult riskini azaldan QƏHVƏ – Alimlər arasında ÇAXNAŞMA
Kim daha uzun yaşayır?- Evli yoxsa subay?
Subaylar daha çox yaşayır yoxsa...- MARAQLI ARAŞDIRMA
Yer fındığının inanılmaz FAYDASI: Müntəzəm qəbulu...
Bu qida ölüm riskini azaldır
Alimlərdən xəbərdarlıq - Çox yatmaq...
Xərçəngin qarşısını almağın ən sadə yolu tapıldı
Bu pəhriz ölüm riskini azaldır
Qəhvə və yaşıl çayın İNANILMAZ FAYDASI
Qəhvə ilə ömrü uzatmağın sirləri - ARAŞDIRMA (VİDEO)
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 