Jurnalistlərin akkreditasiyası müəyyənləşir.
ONN media xəbər verir ki, bu, Media haqqında” qanun layihəsinə əsasən, jurnalistlərin akkreditasiyası müəyyənləşməsi qaydası aşağıdakılardır:
- Media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər.
- Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən və Media Reyestrinə daxil edilmiş jurnalistlər dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçə bilərlər.
- Dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiya olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə qabaqcadan məlumat verilir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradılır.
- Media subyekti və jurnalist tərəfindən akkreditasiyadan keçdiyi qurumun işgüzar nüfuzunu ləkələyən, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayılmışdırsa və bu məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmuşdursa yaxud onlar tərəfindən akkreditasiya qaydaları pozulmuşdursa, həmin qurum jurnalisti akkreditasiyadan məhrum edə bilər.
- Media subyektinin jurnalist olmayan işçilərinin akkreditasiyası dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının müəyyən etdiyi akkreditasiya qaydalarına uyğun olaraq həmin qurumlar tərəfindən həyata keçirilir.
- Hərbi və fövqəladə vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə), dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında və terror əleyhinə aparılan əməliyyat zonasında kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı yalnız Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər, habelə fəaliyyətinə bu Qanunun 70.2-ci maddəsində nəzərdə tutulmuş qaydada razılıq verilmiş xarici jurnalistlər tərəfindən həyata keçirilə bilər. (modern.az)



Əli Əsədovdan jurnalistlərlə bağlı qərar
Jurnalist vəsiqəsi verilmiş şəxslərin bu imtiyazları olacaq
Çap və onlayn media orqanlarının təsis edilməsi qaydası müəyyənləşib
Qeyri-hökumət təşkilatlarının NƏZƏRİNƏ!
Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən qurumlar - SİYAHI
Bu şəxslər vəsiqə və arayış əsasında evdən çıxa bilər - SİYAHI
Əmrullayevdən 5 universitetlə bağlı qərar
Baş nazirdən təhsillə bağlı VACİB QƏRAR
Əli Əsədov qərar imzaladı
Maliyyə Nazirliyi vaxt verdi - 1 aprel tarixinədək...
Tibb müəssisələri ilə bağlı yeni qayda təsdiqləndi
İlham Əliyev fərman imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 