Ürək döyüntüsünün artması, halsızlıq, özünü daim yuxulu hiss etmək, başın hərlənməsi qan azlığından xəbər verən əlamətlərdir. Xəstəlik böyüklərlə yanaşı uşaqlar arasında da geniş yayılıb. Qan azlığının yaranma səbəbləri isə fərqlidir.
ONN media xəbər verir ki, həkim-hematoloq Mireldar Babayev bu barədə deyib: “Xəstəlik irsi faktorlarla əlaqədardırsa, ömür boyu davam edir. Məsələn, talassemiya xəstəliyi. Təəssüf ki, bu xəstəlik ölkəmizdə geniş yayılıb və onun kökündə qohum nikahı dayanır. Qohum evliliklərindən dünyaya gələn uşaq bəzən xəstə doğulur və onda xəstəliyin ilk əlaməti qan azlığı olur”.
Mütəxəssislərin dediyinə görə, qan artıran ən faydalı qidalardan biri çuğundurdur. Onu həm çiy, həm də bişmiş halda qəbul etmək olar. Eyni zamanda dəmirlə zəngin qidaları da menyuya daxil etmək lazımdır. Portağal, yumurta, qırmızı ət, qaraciyər qan azlığının qarşısını alır.Qida üzrə ekspert Seymur Qafarov deyib:
“Tərkibi dəmirlə zəngin olan qara üzüm çox faydalıdır. Qan azlığından əziyyət çəkənlərin gün ərzində bir ovuc üzüm yeməsi qırmızı qan hüceyrələrinin çoxalmasına və qan azlığının aradan qaldırlmasına kömək edir. Tərəvəzlərdən soğan və ispanağın qəbul olunması da müsbət haldır. Yay aylarında qan azlığının aradan qalxmasına kömək edən ən faydalı tərəvəzlərdən biri də qovundur. Onun tərkibində dəmir və müəyyən miqdarda fosfor qan azlığının qarşısını almağa şərait yaradır”.
Qan azlığı xəstəliyi uşaqlarda vaxtında aşkarlanmadıqda və müalicə olunmadıqda ürək-damar çatışmazlığı, qaraciyər və dalaqda qan ocaqlarının yaranması kimi ciddi fəsadlara səbəb olur. Bunun üçün ilk növbədə uşaqlara 1 yaşına qədər inək südü verilməməlidir. Həmçinin yuxu rejimi də çox vacibdir.



DİQQƏT- Uşaqlar arasında yeni xəstəlik yayılır
Çərəzin insan orqanizminə inanılmaz faydası
Tut bəhməzinin inanılmaz faydaları
Qırmızı ətin faydaları
Ürəyə faydalı olan 7 QİDA
Bu qidalar immuniteti gücləndirir
Cinsi yolla yayılan yeni xəstəlik: Həkimlər narahatdır
Qlüten tərkibli qidaların zərəri nədir?
DİQQƏT- Uşaqlar arasında virus yayıldı
Uşaqlar arasında yeni virus yayılıb - VALİDEYNLƏRƏ VACİB MƏSLƏHƏTLƏR
Qidaların rənginə görə faydaları – SİYAHI
Ölümcül yorğunluq QİÇS-in əlaməti ola bilər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 