Çuğundurun orqanizm üçün faydaları məlumdur. Antioksidant təsirə malik olan qırmızı çuğundur bir sıra xəstəliklər zamanı faydalıdır. Dərini gözəlləşdirir, ürək xəstəliklərindən qoruyur, həzmi asanlaşdırır, mədə və bağırsaqların fəaliyyətinə müsbət təsir edir, qəbizliyi, mədə ağrısı və yanğısını aradan qaldırır.
ONN media xəbər verir ki, Alimlərin yeni araşdırmasına görə, çuğundur suyu infarkt riskini minimuma endirir.
Mütəxəssislərin bildirdiklərinə görə, stentlər qoyulduqdan sonra altı ay ərzində çuğundur suyu istehlak edən anginalı xəstələrdə xəstəliyin ikinci hücum ehtimalı bu içkini içməyənlərlə müqayisədə daha azdır.
Yeni araşdırmanın nəticələri Britaniya Ürək-Damar Cəmiyyətinin konfransında təqdim edilib.
Alimlər ürəyin işemik xəstəliyi və ya angina pektorisi olan 300 xəstəni izləyiblər. Onların 16 faizində stent qoyulduqdan sonra 2 il ərzində ürək problemləri təkrarlanıb. Bəzən hətta ikinci prosedura ehtiyac yaranıb.
Amma xəstələr hər gün çuğundur suyu içməyə başlayanda bu rəqəm 7% olub. Tədqiqatçılar hesab ediblər ki, şirənin təsiri onun tərkibindəki azot turşusu duzlarından asılıdır. Ağızdakı bakteriyalar onu nitritə və bədəndə azot oksidinə çevirir. Bu da qan damarlarına faydalı təsir göstərir.
Qeyd edək ki, çuğundur suyu hər kəsə üsün göstərişli deyil. Məsələn, bu içdikdən sonra hipotenziya ilə qan təzyiqi dəyəri kritik dərəcədə düşə bilər. Mütəxəssislər, mədənin turşuluğu, bağırsaq xəstəliyi, urolitiyaz, böyrək çatışmazlığı olan şəxslər üçün bu içkinin qəbulunu məsləhət görmür.
Bununla yanaşı, öncəki araşdırmada Türkiyənin Qazi Universitetinin alimləri qırmızı çuğundurun saç tökülməsi, psoriaz, ekzema, övrə, səpki, qaraciyər xəstəlikləri və bədəndə qaşıntının qarşısının alınmasında faydalı olduğunu bildiriblər.



Çuğundur və banan şirələrini qatıb İÇİN
Nə üçün hər gün 100-200 qr çuğundur yeməliyik?
Çuğundur bu dərdlərin dərmanı imiş
Narın bilmədiyiniz faydaları
Qaraciyərin sağlamlığını yaxşılaşdırmaq üçün SADƏ VƏ FAYDALI RESEPT
Çuğundurun möcüzəvi 10 faydası
Çuğundurun əvəzedilməz SAĞLAMLIQ FAYDALARI
Pəhrizinizə çuğundurun daxil edilməsinin əsas üstünlükləri - 10 ELEMENT
Çərəzin insan orqanizminə inanılmaz faydası
Bu xəstəliyi olanlara isti su ilə çimmək olmaz — SƏBƏB
Kimlər bol FEYXOA yeməlidir? - FAYDALARI
Xərçəngi məhv edir, qəbizliyi aradan qaldırır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 