“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır.
ONN media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.
Qoruğun yaradılması Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədi daşıyır.
Sənədə əsasən, Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilib.Nazirlər Kabineti iki ay müddətində Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq edəcək, Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Prezidentinə məlumat verəcək, eləcə də Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görəcək.
Dövlət Turizm Agentliyi isə Qoruğun idarə olunmasını təmin edəcək və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.Qoruğun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycanın dövlət büdcəsində Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.



Prezident sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
Dövlət Xidmətinin regional idarələri yaradılır
Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM
Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək
Prezident Şuşa və Füzuli ilə bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən “Şuşa İli” ilə bağlı sərəncam
Azərbaycanda Tarix-mədəniyyət qoruqları yaradıldı — SƏRƏNCAM
İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı nə qədərdir?
İlham Əliyev sərəncam imzaladı
Prezident FƏRMAN İMZALADI
Baş nazirdən Şuşa ilə bağlı VACİB QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 