Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tatarların milli bayramı Sabantuy keçirilir.
ONN media xəbər verir ki, tədbirdə Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edir.
Onlar festivalda nümayiş edilən tematik ərazilərlə tanış olurlar.
Həmçinin festivala qatılanlar “Baursak evi”nin həyətində çay otağı kimi hazırlanmış fotozona ilə tanışa ola, orada tatar şirniyyatları, çay, keramika məhsulları ala və “baursak” adlı desertin dadına baxa bilərlər.
“Milli müdriklik evi”ni ziyarət edənlər tatar ictimai xadimlərinə həsr olunmuş sərgi ekspozisiyası ilə tanış olur, həmçinin tematik ustad dərslərində iştirak edirlər.
Tədbirin proqramına, həmçinin xalq sənətkarlığı yarmarkası və müxtəlif müsabiqələr daxildir.
Bayramın əsas səhnəsində isə Tatarıstan və Azərbaycan sənətkarlarının iştirakı ilə konsert keçirilir.
Qeyd edək ki, tədbirə giriş pulsuzdur.



Tatarıstan prezidenti Azərbaycana gəldi
İstanbulda Heydər Əliyevin 95 və AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilir
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirildi
Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş sərgi açılacaq
MEK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
Əli Əsədov Tatarıstan prezidenti ilə görüşüb
Bakıda kitab sərgisinin açılışı oldu
Mübariz İbrahimov hərbiçi yoldaşları tərəfindən anıldı
Bakı Kristal Zalında AXC-nin 100 illiyinə həsr olunmuş konsert keçirilir
Monmart yenidən Səbaildə
Heydər Əliyevin yubileyinə pul nişanları buraxıldı
Ceyhun Bayramov Naxçıvana gedib - YENİLƏNİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 