Türkiyənin İstanbul şəhərində, Dəniz Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə sərgi keçirilir.
ONN media xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.
Sərgidə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valiliyinin nümayəndələri, Beşiktaş bələdiyyəsin sədri, dövlət rəsmiləri, İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar,QHT və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə türkiyəli və azərbaycanlı rəssamların əsərləri nümayiş olunub. 61 rəssamın qatıldığı sərgidə ümummilli lider Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, eləcə də Qafqaz İslam Ordusunun komandanları və onların rəşadətini əks etdirən portretlər nümayiş olunub.
Sərgidə qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyə hökümətinin dəstəyi ilə buraxılan, üzərində Azərbaycanın milli atributları əks olunan 20 türk lirəsi məbləğində gümüş sikkələr hədiyyə edilib.
Qeyd edək ki, yubiley sikkələrinin eskizlərini hazırlayan İstanbul Yedditepe Universitetinin professoru Rafiq Əziz bu fəaliyyətinə görə "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Sərgi mayın 27-dək davam edəcək.



Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yeni zirvə fəth olunub
Ceyhun Bayramovdan Atatürklə bağlı PAYLAŞIM
Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş sərgi açılacaq
MEK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
İstanbuldakı Heydər Əliyev Parkında kitab sərgisi açıldı
MEK Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi təşkil edib
Alim Qasımov və qızı İstanbulda konsert verdi
Komitə sədri Türkiyədə yaşayan soydaşlarımızla görüşdü
Bakı Kristal Zalında AXC-nin 100 illiyinə həsr olunmuş konsert keçirilir
Beynəlxalq konfrans iştirakçıları Bakıda
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirildi
Ceyhun Bayramov Atatürkün mavzoleyində
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 