19 iyun 2023-cü ildə Gürcüstanın Tiflis şəhərində Azərbaycan Respublikası və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
ONN media xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.
Məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstan tərəfindən isə həmin ölkənin xarici işlər nazirinin birinci müavini Laşa Darsalia rəhbərlik edib.
İlk öncə nümayəndə heyəti Tiflis şəhərindəki Heydər Əliyev Parkına gələrək Ümummilli Liderin parkda ucaldılmış abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyub. Həmçinin nümayəndə heyəti Qəhrəmanlar meydanındakı Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub.
Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar müzakirə olunub. İqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd edilib. Azərbaycan-Gürcüstan əməkdaşlığının regiona töhfəsinin vacibliyinə vurğu edilib. Eyni zamanda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının və regional əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Nazir müavini X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səyləri və addımları barədə qarşı tərəfə məlumat verib. Bu çərçivədə, Gürcüstan rəhbərliyinin və hökumətinin təşəbbüslərinin yüksək qiymətləndirildiyi bildirilib. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar və bu addımlara münasibətdə Ermənistan tərəfindən aparılan pozuculuq fəaliyyətlərini qarşı tərəfin diqqətinə çatdırıb.
Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyərinə toxunub, hər iki ölkənin səfirliklərinin fəaliyyətini yüksək qiymətləndirib.
Görüş zamanı, Azərbaycan və Gürcüstan arasında strateji xarakter daşıyan dostluq və qonşuluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb



Azərbaycan və Rusiya XİN rəsmiləri görüşdü
XİN rəsmi məlumat yaydı
Azərbaycanla Rusiya arasında ikitərəfli siyasi məsləhətləşmələr olub
Pakistan HHQ-nin nümayəndə heyəti BAKIYA GƏLDİ
Gürcü deputatlar Azərbaycana gəldi
Türkiyə Milli müdafiə nazirinin müavini Naxçıvanda
Azərbaycanın XİN başçısı Tbilisidə Heydər Əliyevin büstünü ziyarət etdi
Azərbaycan XİN rəsmi məlumat yaydı
Gürcüstanın baş naziri “Şəhidlər Xiyabanı”nı ziyarət etdi
Azərbaycan və Türkiyə XİN-ləri arasında görüş
Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
Pakistanın hərbi hava marşalı Azərbaycana gəldi - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 