"Bakı Metropoliteni" QSC-nin “28 May” stansiyasının II vestibülünün 2009-cu il dekabrın 30-dan istismarda olan eskalatorlarından birinin ilk dəfə əsaslı təmirinə başlanılıb.
ONN media xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, 150 min km-dən artıq qaçış məsafəsi olan “ET-3 M” tipli 3 saylı eskalatorun təmiri zamanı lazım olan materiallar, tərtibatlar, ehtiyat hissələri və alətlər əvvəlcədən tədarük edilib.
Bununla yanaşı, stansiya və digər işçilər müvafiq təlimat keçiblər, təhlükəsizlik tədbirləri görülüb.
Hazırda eskalator pillələri demontaj olunur, sürahi elementləri sökülür. Bu işlər başa çatdıqdan sonra dartı zənciri çıxarılaraq əyləc sisteminin elementləri, reduktor, mühərrik sökülərək təftiş olunacaq.
Demontaj işləri tam başa çatdıqdan sonra eskalatorda fermaların səviyyəsi və digər parametrlərin ölçülməsi üzrə işlər aparılacaq.
Hissələrin və qovşaqların təftişi, yoxlama və təmirindən sonra isə quraşdırma işlərinə başlanılacaq.İşlər sentyabrın 15-nə kimi davam edəcək.
Sonrakı dövrdə qaçış məsafəsindən asılı olaraq, digər eskalatorların ilk əsaslı təmiri də planlaşdırılacaq.



"Həzi Aslanov" stansiyasında təmir başladı
Metro istifadəçilərinə ŞAD XƏBƏR
"Xətai" stansiyası nəvaxt açılacaq?
Metro istifadəçilərinə şad xəbər
"Sahil" stansiyasında eskalatorun dayanma səbəbi məlum oldu
Bakı metrosunun yerüstü stansiyası bu tarixdə istifadəyə veriləcək
Bu metro stansiyası bağlanır - DİQQƏT
“Xətai” stansiyası nə vaxt açılır?
Bakı metrosunda HƏYƏCANLI ANLAR
“Cəfər Cabbarlı-Xətai” stansiyalarında yeni tunel yolu qurulur
"Bakı Metropoliteni"nin qatarları maşinistsiz idarə olunacaq
"Xətai" stansiyası nəvaxt açılacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 