Gündəlik rasionumuzda elə qidalar var ki, onları acqarına qəbul etmək olmaz, çünki bəzi məhsulların yeyilməsi boş mədədə bir çox problemlərin yaranmasına səbəb ola bilər. Məsələn, çox vaxt səhər oyanan kimi bir fincan qəhvə içib günə enerjili başladığını düşünənlər var. Mütəxəssislər isə acqarına qəhvə içməyin yolverilməz olduğunu deyirlər.
ONN media xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov AZƏRTAC-a danışıb: “Qəhvənin tərkibindəki kofein həddindən artıq sürətlə qandakı şəkəri qaldırır və bunun nəticəsində orqanizmdə gələcək problemlərin yaranmasına və gün ərzində susuzluqdan, baş ağrısından əziyyət çəkməyə səbəb olur. Az müddətdə alınan enerjiyə aldanıb acqarına qəhvə içmək məsləhət görülmür”.
Onun dediyinə görə, vitamin deposu adlandırılan meyvələr də boş mədəyə düşəndə fayda vermir: “Bəzi meyvələrin tərkibində həddindən artıq turşuluq olduğuna görə mədə problemi olanlarda narahatlıq yaradır. Mədəsində problem olmayanlarda isə turşuluğun səviyyəsini qaldırdığına görə qastritə və allergiyalara səbəb ola bilər. Belə tərəvəzlərə pomidoru da aid etmək olar, çünki onun da tərkibinin turşuluğu eyni reaksiyanı göstərə bilər. Məhz həmin keyfiyyətinə görə səhər acqarına onun da qəbul edilməsi zərərli nəticələrə səbəb olar”.
Acqarına mövsümi meyvələrdən olan xurmanın qəbulu da məsləhət deyil. Bundan başqa mayalı-xəmirli şirniyyatlar aclığı yatırsa da, mədədə şişkinliyə və köklüyə səbəb olur. Hazır səhər yeməkləri və fast-fudların da acqarına yeyilməsi həzm sistemində pozuntulara, immun sisteminin zəifləməsinə aparıb çıxarır.



Acqarına yeyilməsi narahatlıq doğuran qidalar
DİQQƏT- Bu qidaları acqarına yemək olmaz
Acqarına qəhvə içmənin zərərləri
DİQQƏT: Bu məhsulları acqarına yemək OLMAZ
Qaçmaqla arıqlamaq mümkündür?
Acqarnına bunları etməyin - 4 SƏHV
İki fincan qəhvə içsəniz... - MÖCÜZƏVİ QORUYUCU
Bunlar stress yaradır - SİYAHI
Gündə 3 fincan qəhvə içmək... - YENİ ARAŞDIRMA
Qəhvənin ürəyə faydası sübut edildi
Qəhvənin inanılmaz faydası
Çayın bilmədiyiniz ZƏRƏRLƏRİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 