“Buzlu qəhvə və evdə hazırlanmış sitrus limonadları bürkülü havalarda xilas üçün ən yaxşı sərinləşdirici içkilərdir”.
ONN media xəbər verir ki, bu barədə rusiyalı texnoloq Ludmila Rumyantseva danışıb.
O, bu içkilərin dadlı olması ilə yanaşı, tərkibindəki vitaminlər və mikroelementlərə görə orqanizm üçün böyük faydaları olduğunu açıqlayıb.
Soyuq çay
Onun sözlərinə görə, soyuq çay istidən xilas olmağa kömək edəcək, həmçinin orqanizmi enerji ilə təmin edəcək.
“Qara çay - moruq və ya sitrus meyvələri ilə yaxşı gedir, yaşıl çay üçün isə çiyələk, alma və ya armud daha uyğundur. Çay dəmləyin və bir-iki saat soyuducuda saxlayın. Daha sonra ona sitrus suyu, bir neçə giləmeyvə və ya alma dilimi əlavə edə bilərsiniz”, - deyə Rumyantseva tövsiyə edib.
Sitrus meyvələrindən və şaftalı püresindən limonad
Mütəxəssis limonadı evdə hazırlana bilən ən asan içkilərdən biri adlandırıb.
“Klassik limonadlar artıq darıxdırıcıdırsa, portağaldan içki hazırlaya bilərsiniz. Sitrus meyvələri istidə yaxşı təravətləndirir və orqanizmi vitaminlərlə qidalandırır. Limonadın şirin olması üçün bir qaşıq şaftalı və ya çiyələk püresi əlavə edə bilərsiniz”, - deyə o əlavə edib.
Vyetnam üsulu buzlu qəhvə
Mütəxəssisin sözlərinə görə, bu, isti yay səhəri üçün uyğun olan gözəl sərinləşdirici içkidir. Onu hazırlamaq üçün qatılaşdırılmış süd, buz və təzə üyüdülmüş qəhvə lazımdır.
“Şəkərli içkilərin böyük həvəskarı deyilsinizsə, qatılaşdırılmış südün miqdarını azalda bilərsiniz. Qəhvənizin daha uzun müddət sərin qalması üçün içkiyə bir ovuc buz əlavə etməyi unutmayın. Zövqə görə darçın və ya qoz da əlavə edə bilərsiniz”, - deyə texnoloq qeyd edib.
Çiyələkli laymad
“Klassik limonadlardan bezmisinizsə, çiyələk laymadını sınayın”, - deyə Rumyantseva məsləhət görür. O, qeyd edib ki, çiyələk və laymadın birlikdə qeyri-adi dadı olacaq.
“Çiyələyi sevməyənlər banan, yaxud albalı kimi digər giləmeyvə və meyvələrdən istifadə edə bilərlər”, - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.



Hansı sitrus meyvəsi ən faydalıdır?
Hansı 11 yay meyvəsi arıqlamağa yardım edir?
Bu meyvələr diabet xəstələri üçün xeyirlidir
Həm sərinləyib, həm də arıqlamaq istəyənlərin nəzərinə: Bu qidalardan mütləq istifadə edin
Hər gün bunları yeyin enerjiniz artsın
İnsanı 24 saat tox tutan MEYVƏLƏR
İdman edənlərin qida rasionu necə olmalıdır? - Mütəxəssislərin tövsiyələri
Stomatoloqların hər kəsdən GİZLƏTDİYİ SİRR
İqtisadi Şuranın səlahiyyətləri artırıldı
Bu insanlar naringi yeyə bilməz - MÜTLƏQ OXUYUN
Bu qidalar infarktın qarşısını alır - SİYAHI
15 gündə qarın piyini necə əridək?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 