Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinə dair əhaliyə növbəti dəfə müraciət edib.
ONN media xəbər verir ki, FHN-dən daxil olan müraciətdə deyilir:
"Yay mövsümü insanların təbiət qoynunda istirahətə marağının artması ilə yanaşı kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsilə müşayiət olunur.
Nəzərə alsaq ki, havanın hərarətinin yüksəlməsi və bunun günlərlə davam etməsi yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır.
Bu isə daha diqqətli davranmağı tələb edir.Bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur.
Fövqəladə Hallar Nazirliyi əhaliyə, xüsusilə də sahibkarlara və fərdi təsərrüfat sahiblərinə müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır".



FHN, ETSN və KTN əhaliyə birgə müraciət etdi
FHN-dən əhaliyə MÜRACİƏT
FHN hava ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Nazirlik hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
FHN-dən əhaliyə VACİB MÜRACİƏT
FHN əhaliyə müraciət etdi
Anomal istilərə görə əhaliyə xəbərdarlıq edilir
FHN isti hava ilə bağlı XƏBƏRDARLIQ ETDİ
FHN-dən əhaliyə MÜRACİƏT
Nazirlikdən hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ
Hava şəraiti ilə bağlı əhaliyə müraciət olundu
Nazir meşə yanğınlarının səbəbini açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 