Novruz Bayramı ərəfəsində paytaxt Bakı şəhərində genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilir. Bu gün Bakı Şəhər İcra Hakimiyyəti və digər qurumların iştirakı ilə təmizlik və abadlıqla bağlı geniş iməcilik baş tutub.
ONN media xəbər verir ki, iməcilik zamanı prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektləri vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. Obyektlərin qarşısında əraziyə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib, ictimai iaşə və ticarət obyektlərinin qarşısına 100 ədəd yeni gül dibçəkləri qoyulub. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı fərdi sahibkarlar və özəl sektor nümayəndələri də yaxından iştirak ediblər.
Novruz Bayramı ilə əlaqədar bütün xidmət vitrinlərinin, obyektlərin qarşısının bayram atributları ilə bəzədilməsi, tərtibat işlərinin görülməsi və insanlarda bayram ab-havası yaradılması işlərinə başlanılıb və bu işlərə özəl sektor nümayəndələri də qoşulub.
İməcilikdə yol kənarlarında yeni gül və kolların əkilməsi, mövcud ağaclara qulluq göstərilməsi, şam ağaclarının, səki, məhəccər, bordyurların, işıq dirəklərinin yuyularaq təmizlənməsi həyata keçirilib.
Ticarət və Xidmət Departamenti fərdi sahibkarlar və özəl sektor nümayəndələrini fəaliyyət göstərdikləri obyektlərin qarşısında yaradılan təmizliyi qorumaq və əkilən güllərə, kollara, quraşdırılan dibçəklərdəki güllərə mütəmadi qulluq göstərərək şəhərimizin daha da gözəlləşməsinə öz töhfələrini verməyə çağırıb.



Paytaxt küçələri yenə yuyuldu
Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib
Bakıda sanitar günü keçirildi
Bakı Şəhər İcra Hakimiyyətindən vətəndaşlara MÜRACİƏT: iyulun 31-də...
Bu gün Bakıda 546 küçə dezinfeksiya edildi
İcra Hakimiyyəti Bakı sakinlərinə MÜRACİƏT ETDİ: sabah...
Bakı təmizləndi
Bu gün Bakının 550 küçəsi yuyuldu
BŞİH Bakı sakinlərinə müraciət etdi
Paytaxtda növbəti dəfə iməclik keçirilib
Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 