Son vaxtlar korifey sənətkarlara qarşı belə münasibətin yaranmasına təəccüblənirəm. Bunu edən şəxsləri öz millətimin nümayəndələri kimi qələmə verə bilmərəm. Onlar azərbaycanlı deyillər, millət yetimləridirlər!Rasim Balayevə qarşı belə münasibət şərəfsizlikdir!
ONN media xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı həmkarı R.Balayevi tənqid edənlərlə bağlı danışarkən deyib.O, aidiyyəti orqanlara səslənib:
“Çox xahiş edirəm, sosial şəbəkələrdə ağızlarına gələni yazanlar barədə ölçü götürülsün. Bir-ikisi cəzalandırılsa, digərlərinə də dərs olacaq. Onsuz da qorxaq insanlardırlar. Çoxu qorxusundan heç öz adı ilə yazmır.
Rasim Balayevə qarşı kampaniya aparmaq, ağzına gələni yazmaq savadsızlığın əlamətidir. Evindən, rayonundan, şəhərindən qaçan insanlar necəsə internet üçün aylıq ödəniş etməyə, mobil telefona pul tapırlar, amma bir şey olmamış, deyirlər, “acıq”.
Atılan addımların hamısı işsizlikdən, bekarçılıqdan irəli gəlir”.Afaq Bəşirqızı deyib ki, Rasim Balayev cənab Prezidentin qəbuluna gedəndə protokola uyğun hərəkət edib:
“Özü bunu dəfələrlə müsahibələrində bildirib. Protokol pozula bilməz! Mən bir həmkar və vətəndaş olaraq Rasimi dəstəkləyirəm!
Onun səhhətində problemlər var, amma ağzını açıb bir adamdan kömək istəməyib. Adamın abır-həyası olar! Onun sevincli günündə belə oyunlar çıxarmaq alçaqlıqdan başqa bir şey deyil. Amma yaxşı ki, Rasim belə şeylərə fikir vermir. Çünki o, heç bir yanlış iş görməyib!Neçə vaxtdır Rasimi tənqid edənlər yazırdılar ki, Akif İslamzadə kimi sənətkar heç bir ad, orden almayıb.
İndi A.İslamzadəyə Prezident “Şöhrət” ordeni verdi. Həmin insanlar Akifə yazırlar ki, guya sən heç bir ad almayacaqdın, sən də eynisən. Ona görə də deyirəm, sənətkarlarımızı bu mövzudan tənqid edənlər ad və soyadlarını hansısa yollarla dəyişmiş, lap dəyişməmiş erməni casuslarıdır!
44 günlük Vətən müharibəsi zamanı ermənilərə casusluq edənlər saxlanıldı. Bunlar da casusdurlar. Şəxsən öz adımdan daxili işlər nazirimiz cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, bu məsələ ilə məşğul olsunlar”.



Afaq Bəşirqızı deputatlığa namizədliyindən danışdı
Afaq Bəşirqızı əməliyyat olundu
Afaq Bəşirqızının Milli Məclisdə Zeynəb Xanlarovanı əvəzləməsi istənilir – Açıqlama
Nazirlikdən Rasim Balayev açıqlaması...
Bu, İlham Əliyevin müdrikliyidir - Afaq Bəşirqızı
Afaq Bəşirqızından ŞOK ETİRAF: 5 manat oğurladım ki...
İlham Əliyev Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib
Afaq Bəşirqızından cəbhə bölgəsinin sakinlərinə MÜRACİƏT - EKSKLÜZİV VİDEO
“Afaq belə ərə getməkdənsə..."- Əli Mirəliyev
Rasim Balayevdən Şəfiqə Məmmədova ilə bağlı AÇIQLAMA
“Bəxt üzüyü 2” filmi ekranlara ÇIXARILIR
Rasim Balayevdən SƏRT ÇIXIŞ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 