Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır.
ONN media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, son günlər Teleqram kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib sosial şəbəkələr vasitəsilə yayılmasına təhrik edən çağırışlar yer almaqdadır:
"Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kimi hallar nəzarətə götürülüb və analoji hərəkətləri etməyə təşəbbüs göstərən şəxslər barəsində zəruri tədbirlərin görülməsi təmin ediləcək.
Bildiririk ki, ölkəmizin milli təhlükəsizliyinə və müdafiə qabiliyyətinə ciddi ziyan vuran, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid və dövlət sirri təşkil edən məlumatları özündə ehtiva edən videoçəkilişləri apararaq yaymaq qətiyyən yolverilməzdir və vətəndaşları belə əməlləri etməkdən çəkinməyə çağırırıq.
Eyni zamanda vurğulayırıq ki, qeyd olunan hüquqazidd hərəkətlərə qəsdən yol verilməsi dövlət sirrini yayma, bəzi hallarda isə dövlətə xəyanət cinayət əməllərinin törədilməsi şübhəsi üzrə araşdırma predmeti kimi çıxış edir və müvafiq hüquqi məsuliyyət tədbirlərinə səbəb olur".



Səfərbərlik Xidmətindən hərbi vəziyyətlə bağlı - MÜHÜM AÇIQLAMA
Kamil Zeynallıya "medal verilməsi" ilə bağlı RƏSMİ AÇIQLAMA
Daha bir şəhid hərbçimizin nəşi tapıldı
Kamil Zeynallı həbs edildi
DTX və Baş Prokurorluq birgə MƏLUMAT YAYDI
Əli Əsədov qərar imzaladı
Azərbaycan Ordusunun itkin düşən daha bir əsgərinin nəşi tapıldı
Əsassız xəbərləri yaymaq yolverilməzdir - DTX
Döyüş zonasından video yayanlarla bağlı cinayət işi açıldı
DTX-dən vətəndaşlara MÜRACİƏT: Cəbhədəki vəziyyətlə bağlı...
MEDİA və DTX birgə bəyanat yaydı
Bu məlumatları yayanlara CİNAYƏT İŞİ AÇILDI - DTX
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 