Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərsu ASC-də İsrailin Mekorot Water Company şirkətinin nümayəndələri ilə görüş keçirilib.
ONN media xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulması ilə bağlı görülən işlər barədə məlumat verərək layihələrin icrasında dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb:
“Cənab Prezidentin 12 aprel 2023-cü il tarixli sərəncamı ilə Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrasına başlanılıb. Xəzər dənizinin suyunun emalı sahəsində İsrail şirkətləri ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.İsrailin milli su operatoru Mekorot Water Company şirkətinin direktorlar şurasının sədri Amir Lang ölkəsində içməli suya olan tələbatın 90 faizinin təmsil etdiyi şirkət tərəfindən təmin etdiyini, istehlakçılara verilən suyun təqribən 60 faizinin dəniz suyunun duzsuzlaşdırılması ilə əldə olunduğunu bildirdi.
Mekorot Water Company şirkəti və onun törəmə müəssisələri hazırda dünyanın bir sıra ölkələri ilə dəniz suyunun duzsuzlaşdırılması, eləcə də suyun idarə edilməsi sahəsində əməkdaşlıq edir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC ilə Mekorot Water Company şirkəti arasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb. Görüşdə içməli su təchizatı sektorunda gələcək əməkdaşlıq məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.



Qəbələdə su anbarı tikiləcək - Sərəncam
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı
Sədrdən Qarabağdakı su anbarları ilə bağlı açıqlama
Suyun alqı satqısı ilə bağlı sərəncam imzalandı
Prezident Azərbaycan və İsrailin hərbi-texniki sahədə uğurlu əməkdaşlıq etdiyini açıqlayıb
Azərbaycanın və Bakının böyük hissəsində su olmayacaq — ÜNVANLAR
Azərbaycan və İsrail arasında 4 sənəd imzalandı
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 4 milyon ayrıldı
Bu rayonda yeni içməli su şəbəkələri yaradılır
Sabah Bakının bu rayonunda içməli su olmayacaq
Bir sıra şəhər və rayonlarda su kəsiləcək
Prezident 6 milyonluq sərəncam imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 