“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Binəqədi rayonunda yeni layihələrin icrasına başlanılıb. “Azərsu”-dan ONN media -ya verilən məlumata görə, Binəqədi rayonunda icra olunan layihələr bir neçə istiqamətdə həyata keçirilir. Hazırda Binəqədi qəsəbəsi Fəxrəddin Qurbanov və Xocasən qəsəbəsi Ruslan Allahverdiyev küçələrində, həmçinin ATS yolu adlanan ərazidə yeni içməli su şəbəkələri yaradılır. Qeyd edək ki, bu ərazilərdə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış şəbəkələr hesabına aparılır. Mövcud şəbəkələr su təchizatında çətinliklər yaradır. Belə ki, bu ərazilərdə tez-tez qəzalar baş verdiyindən və suyun təzyiqini artırmaq mümkün olmur. Nəticədə bəzi abonentlər normal qaydada su ala bilmir. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib. F.Qurbanov küçəsində icra olunan layihə çərçivəsində küçə boyu 110 mm diametrli borularla yeni 3 km su xətti çəkilir. Layihəyə əsasən. Yeni xətdən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Yeni çəkilmiş su xətti hər iki tərəfdən 450 mm və 630 mm diametrli magistral xətlərə qoşulacaq. Bu da həmin ərazidə suyun dairəvi hərəkətini təmin edəcək. Yeni yaradılan sistem hesabına abonentlər 24 saat fasiləsiz içməli su ilə təmin olunacaq. Xocasən qəsəbəsinin Ruslan Allahverdiyev küçəsində və ATS yolu adlanan ərazidə icra olunan layihə çərçivəsində burada 280-100 mm diametrli borularla 5 km uzunluğunda su xətləri çəkiləcək. Yeni şəbəkədən abunəçilərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihənin icrası sakinlərin içməli su təchizatını xeyli yaxşılaşdıracaq. Hazırda Binəqədi rayonunda “Azərsu” ASC tərəfindən icra olunan kanalizasiya layihəsi də ekoloji baxımdan əhəmiyyət kəsb edir. layihəyə əsasən Binəqədi qəsəbəsinin I Mədən küçəsindən (DSK yolu) keçən açıq kanal örtülü kollektorla əvəzlənir. Təxminən 300 metr məsafədə 1000 mm diametrli metal borularla daşıyıcı kollektor tikilir. Layihə çərçivəsində ətraf ərazilərdəki yaşayış evləri və obyektlərin tullantı sularının axıdılması məqsədilə kanalizasiya quyularının da tikintisi nəzərdə tutulub. İşlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur. Bununla da ərazidəki yaşayış evləri və obyektlərin məişət və təsərrüfat mənşəli tullantı sularıının açıq kanallarla axıdılmasının qarşısı alınacaq.
Bu rayonda yeni içməli su şəbəkələri yaradılır



Hövsanda yaşayanlara ŞAD XƏBƏR
Paytaxtın bu hissəsinə də yeni su xətləri çəkilir
Kəlbəcərə su verildi
Bu ərazidə su olmayacaq
Laçın su ilə təmin edildi
Şükürbəyli-Cəbrayıl-Hadrut yolu asfaltlanır
"Azərsu"dan AÇIQLAMA
Kiçik Kirs-Şuşa su kəməri dəyişdirilir
Bərdə sakinlərinə şad xəbər
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Bakıda içməli su ilə bağlı yaranan problemlərə "Azərsu"dan — AÇIQLAMA
Bu ərazilərdə su OLMAYACAQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 