Azərbaycanın lokal antiterror tədbirlərinin ikinci günü “Əsrin Müqaviləsi”nin imzalanmasının 29-cu il dönümünə təsadüf edir. “Əsrin Müqaviləsi”nin imzalanması Birinci Qarabağ müharibəsindəki atəşkəsdən qısa müddət sonra reallaşdı. Ozamankı müharibədə torpaqlarının bir hissəsini itirmiş, 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan, iqtisadiyyatı tənəzzül keçirən Azərbaycan 1994-cü il sentyabrın 20-də sonradan regionun iqtisadi xəritəsini dəyişəcək bir sənədə imza atdı.
ONN media xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
“SOCAR və dünyanın 7 ölkəsini təmsil edən 11 neft şirkəti ilə birlikdə yaradılan konsorsium Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsinə start verdi.
Bu, ilkin mərhələdə enerji sektoruna 20 milyard dollar sərmayə cəlbi demək idi. Elə çətin vəziyyətdə “Əsrin Müqaviləsi” kimi tarixə düşən anlaşmanın imzalanması birbaşa Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu. Bu, nəinki Azərbaycan iqtisadiyyatı, həmçinin, ordu quruculuğu üçün də yeni mərhələ idi. “Əsrin Müqaviləsi” hərbi gücümüzün artırılması, hərbiçilərimizin maddi-sosial təminatının güclənməsi üçün ciddi maliyyə bazası formalaşdırdı. Bu da Azərbaycanı Zəfərə gətirib çıxartdı”, - V.Bayramov bildirib.Millət vəkilinin sözlərinə görə, məhz “Əsrin Müqaviləsi” 1994-cü ildə ümumi daxili məhsulunun həcmi 374 milyon manat olan Azərbaycanın inkişaf trayektoriyasını müəyyənləşdirdi:
“Fiskal gəlirlərimizin artması hərbi sahənin inkişafını stimullaşdırdı. 2023-cü ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 54 milyona çatdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyada milli təhlükəsizliyin daha da güclənməsi prioritet xətlərdən birinə çevrilmişdir. Məhz 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması ilə müəyyənləşdirilən strateji xətt hərbi potensialımızın artmasına xüsusi imkan yaratdı. Artıq Azərbaycan müasir texnikalı güclü orduya malikdir. Qalib ölkəyə çevrilmiş Azərbaycan bu gün separatçılara qarşı uğurla antiterror tədbirləri aparır”.



Ölkəmizə daha 40 milyard dollar gəlir...
“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür
Ölkədə Neftçilər Günü qeyd olunur
Yusifzadə açıqladı: 492 milyon ton neft...
İlham Əliyev: Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək
Nazir ABŞ-a səfər etdi
Jurnalistlər üçün yeni müsabiqə
Antoni Blinken Azərbaycan xalqını təbrik edib
“Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var - Prezident
Tramp AÇIQLADI: Yeni "Əsrin müqaviləsi" gəlir
Baş Nazir: “Əsrin müqaviləsi”dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet — VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 