Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək. ONN media bildirir ki, bunu Prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi"nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə çıxış edərkən deyib. Dövlət başçısı bildirib: ""Əsrin kontraktı" ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. "Əsrin kontraktı"nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, "Əsrin kontraktı"nın çox böyük faydası var. Eyni zamanda, o vaxt Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı. Ermənistanın ölkəmizin torpaqlarını işğal etməsi, gedən vətəndaş müharibəsi, iqtisadi çətinliklər, bir daha demək istəyirəm ki, Azərbaycanı investisiya üçün əlverişli ölkə kimi təqdim edə bilməzdi. O vaxt ulu öndər Heydər Əliyevin xidmətlərindən biri də o olmuşdu ki, investorları inandıra bilmişdi və Dövlət Neft Şirkətinin rəhbərliyi - bizim dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, mən və digər əməkdaşlar çalışırdıq investorları inandıraq ki, Azərbaycana sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək. Belə də oldu. "Əsrin kontraktı"nın icrasına qoyulmuş sərmayə artıqlaması ilə qaytarıldı. Xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan dövləti yüz milyard dollardan çox gəlir əldə etdi".
İlham Əliyev: Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək



Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır
İlham Əliyev: “Azərbaycan nefti ölkəmizə rifah, sabitlik və inkişaf gətirdi”
İlham Əliyev Neftçilər Günü ilə bağlı mərasimdə
Baş Nazir: “Əsrin müqaviləsi”dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
Heydər Əliyev Azərbaycan xalqı üçün böyük işlər görüb - Kudryaçenko
“Azneft” İB “Caspian Business Award 2021” mükafatı ilə təltif edilib
Azərbaycanda genişmiqyaslı amnistiya olacaq?
Azərbaycan üçün əlamətdar gündür – Millət vəkili
Əfqanıstanda baş verənlər bölgəyə və müsəlman ölkələrinə necə təsir edəcək?
Energetika Nazirliyində Ulu Öndərin anadan olmasının 95 illiyi qeyd olunub
Ceyhun Bayramov Naxçıvana gedib - YENİLƏNİB
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir - İlham Əliyev
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 