Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması təşəbbüsü məhz Azərbaycana məxsusdur. Bu istiqamətdə artıq xeyli vaxt ərzində işlər aparılıb və bir neçə raund danışıqlar keçirilib. Sülh müqaviləsinin layihəsi, bir sıra maddələrin razılaşdırılması üzrə də ilkin müsbət nəticələr var idi.
ONN media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Report-a müsahibəsində bildirib.
"Eyni zamanda açıq bəndlər də kifayət qədər idi. Lakin son bir neçə ay ərzində danışıqlar prosesində bir qədər durğunluq yarandı və Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarının şahidi olduq. Biz onların sözləri, verdikləri vədlərlə sərgilədikləri yanaşma, atdıqları addımlar arasında ciddi fərq görürdük. Bunun ən bariz nümunələri kimi sentyabr ayının 2-də Ermənistanın Baş naziri Nikol Paşinyanın qanunsuz, qondarma rejimi yaradılmasının 32-ci ildönümü münasibətilə təbrik etməsini, bununla bağlı ayrıca mesaj yaymasını, eyni zamanda Azərbaycan ərazilərində qanunsuz “prezident seçkiləri”nin keçirilməsini göstərmək olar. Bütün bunlar danışıqlar prosesinə ciddi bir zərbə vurdu", - deyə nazir bildirib.
C.Bayramovun sğzlərnə görə, hadisələrin bundan sonrakı inkişafı və daha sonra Ermənistanın hərbi təxribatlarını davam etdirməsi Azərbaycan Ordusunun sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri keçirməsini qaçılmaz etdi:
"Azərbaycan dövləti beynəlxalq və humanitar hüququn bütün normalarını gözləməklə, yüksək peşəkarlıqla və qısa müddət ərzində həmin tədbirləri yekunlaşdırdı. Bir gündən sonra antiterror tədbirləri dayandırıldı. Azərbaycanın legitim tələbləri Ermənistan nümayəndələri, qanunsuz qurumun rəhbərləri tərəfindən qəbul edildi.Onlar eyni zamanda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri arasında Yevlaxda görüşün keçirilməsinə razılaşdılar. Biz bu görüşü uzun müddət əvvəl təklif etmişdik, bunun üçün dəvətlər verilmişdi. Nəhayət sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə ilk görüş baş tutdu".



Nəticələri gözləməyə çox vaxt qalmayıb- Ceyhun Bayramov
Bayramov və Mirzoyan bu məsələdə razılaşdı
Bayramov və Mirzoyan arasında danışıqlar neçə gün davam edəcək?
Üçtərəfli görüşdə nə müzakirə olundu?
Ceyhun Bayramov sülhlə bağlı açıqlama verdi
Bayramov və Mirzoyan arasında növbəti görüş keçirilib
Azərbaycan XİN-dən Mirzoyana cavab
Ermənistan tərəfi ilə görüş planlaşdırırıq- Ceyhun Bayramov
Lavrovla Bayramov bu məsələləri müzakirə etdi
Bayramov və Mirzoyan arasında növbəti görüş başladı
Ermənistan Azərbaycana hərbçi göndərməyə son qoymalıdır
Ceyhun Bayramov İsrail qəzetinə müsahibə verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 