Gələcəkdə Cəbrayıl şəhərinin elektrik şəbəkəsi tamamilə yeraltı xətlərdən ibarət olmaqla qurulacaq.
ONN media xəbər verir ki, bunu əraziyə təşkil olunmuş mediaturda Azərişıq ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.
"Ənənəvi yerüstü xətlər olmayacaq, təchizat abonentə qədər yeraltı izolyasiyalı naqillər vasitəsilə həyata keçiriləcək", - deyə o qeyd edib.