“30 illik işğal dövründə ermənilər qərəzli və xüsusi nifrətlə tarixi torpaqlarımızda bütün mövcud infrastrukturla yanaşı, elektrik şəbəkələrini də tamamilə məhv etmişdilər. 44 günlük zəfər yürüşündə azadlığına qovuşan rayonlarda Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC-nin əməkdaşları qəhrəman ordumuzun ardınca irəliləyərək bərpa və yenidənqurma işlərini həyata keçirdilər. Məqsəd işıqlı gələcəyi qarşıda olan azad vətən torpağında azad Azərbaycan işığını yandırmaq idi”.
ONN media xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, belə rayonlarımızdan biri də uca dağları, əsrarəngiz təbiəti ilə göz oxşayan Laçındır. Bu gün Laçın şəhərində məskunlaşan vətəndaşlarımız fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təmin edilir. Laçının mərkəzində yerləşən evlər, dövlət əhəmiyyətli obyektlərə yeni yeraltı 0,4 kv-luq xətlər çəkilib. Həmçinin Laçın rayonu ərazisində olan bütün 35 və 0,4 kv-luq xətlər də yeraltı xətlərlə əvəz olunur.
Ümumilikdə rayon mərkəzi ilə yanaşı, ən ucqar kəndlərdə belə elektrik şəbəkəsi tamamilə yenilənir. Hazırda Minkənd, “6-cı rayon” adlanan ərazi və Ağbulaq istiqamətində 40 km uzunluğunda yeni elektrik xəttinin çəkilişi işləri davam etdirilir. Şəlvə dərəsi və Kilsəlidağ istiqamətində xətlər çəkilib.
110/35/10 kv-luq “Laçın” yarımstansiyasından 35 kv-luq yeraltı dairəvi xətt çəkilir ki, bunun sayəsində Laçının istənilən ərazisinə elektrik enerjisi vermək mümkün olacaq. Həmçinin, Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması üzrə işlər davam edir.



Düşmənin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi
Laçına elektrik enerjisi verildi
Azad olunan bu rayonlara işıq çəkildi - VİDEO
Elektrik xəttində qəza baş verib
17 kəndin işıq probleminə son qoyulur
"Azərişıq" Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur
"Azərişıq" hazırlıq tədbirlərinə başladı
Kəlbəcərin küçələri işıqlandırıldı - Video
Bu bölgələrdə işıq probleminin aradan qaldırılması işlərinə başlanılıb
Suqovuşana elektrik xətlərinin çəkilməsi başa çatdı
İşığımız Şuşada yandı!
Kəlbəcərdəki hərbi hissələrə elektrik verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 