Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də İCESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüblər.
ONN media xəbər verir ki, görüşdə Azərbaycanda keçirilən və dünyanın müxtəlif ölkələrindən çox sayda qonağın iştirak etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin önəmi vurğulandı, ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğu məkana çevrildiyi qeyd edilib.
Dövlət başçısı İCESKO-nun Baş direktorunun 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirakını yüksək qiymətləndirib.Salim bin Məhəmməd əl-Maliki ötən həftə Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirakçıların yekdil qərarı ilə Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üzrə İCESKO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülməsi münasibətilə dövlət başçısı təbrik edib.
Bu qərarın qəbul edilməsinə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti bunu qardaşlığın və tərəfdaşlığın mühüm nümunəsi kimi dəyərləndirib, bu hadisənin bütün Azərbaycan xalqında xüsusi qürur hissi doğurduğunu bildirib.
Dövlət başçısı Şuşada böyük bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini vurğulayaraq burada digər obyektlərlə yanaşı, məscidlərin də artıq bərpa olunduğunu və bu prosesin davam etdirildiyini məmnunluqla diqqətə çatdırıb. Prezident İlham Əliyev bu cür genişmiqyaslı işlərin işğaldan azad edilmiş digər ərazilərimizdə də icra olunduğunu deyib.
Söhbət zamanı Azərbaycan ilə İCESKO arasında uzun illər həyata keçirilən uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminlik ifadə olunub.



Bayramov İCESKO-nun baş direktoru ilə görüşdü
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - YENİLƏNİB
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edildi
İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Xarıbülbül” Festivalının açılışında
ICESCO-nun baş direktoru Bakıya gəlir
Şuşa İslam dünyasının paytaxtı olacaq
İlham Əliyevə qılınc hədiyyə edildi - FOTOLAR
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Prezident Rəşad Nəbiyevi qəbul etdi
İlham Əliyev və Ərsin Tatar görüşdü
Prezident və xanımı idmançılarla görüşdü
İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Xarıbülbül” Festivalında - YENİLƏNİB
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 