Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 3-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (iCESKO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Görüşdə Azərbaycan və iCESKO arasında əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.C.Bayramov Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdən mədəniyyətlərarası dialoqun təşviqi, irqi ayrı-seçkilik, islamofobiya kimi təhdidlərlə mübarizə sahələrində İCESKO ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıraraq, bu xüsusda, yaxın zamanda İCESKO-nun ölkədə regional mərkəzinin açılmasının münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə dair inamını ifadə edib.
Multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkənin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə İCESKO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçildiyi məmnunluqla qeyd edilib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir ölkənin 30 ilə yaxın davam edən münaqişə dövründə Ermənistan tərəfindən dağıdılan dini və mədəni irsimizin bərpası istiqamətində əməli addımlar atdığını diqqətə çatdırıb.
Münaqişə zamanı, habelə münaqişədən sonrakı dövrdə üzləşdiyimiz ikili standartlar, keçmiş münaqişəyə dini çalarlar verilməsi cəhdlərinin qəbuledilməzliyi, habelə bu kimi addımların bölgədə sülh və sabitliyə töhfə vermədiyi vurğulanıb.Bütün mövcud çətinliklərə və çağırışlara baxmayaraq, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinin, habelə Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin reinteqrasiya prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb.
Xüsusilə, görülən anti-terror tədbirləri nəticəsində bölgədə mövcud qeyri-qanuni erməni silahlı qüvvələrinin buraxılması və tərksilahı prosesinin sülh və reinteqrasiya səylərinə təkan verdiyi qeyd olunub.
Baş direktor Azərbaycana səfərindən məmnunluq duyduğunu, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə və birinci xanım Mehriban Əliyeva ilə keçirdiyi görüş zamanı faydalı fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. İCESKO-nun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğu, habelə bundan sonra da əlaqələrin gücləndirilməsi istiqamətində səylər göstərilməsinin vacibliyi qeyd olunub.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Prezident və xanımı İCESKO-nun baş direktoru ilə görüşdü
ICESCO-nun baş direktoru Bakıya gəlir
Lavrovla Bayramov bu məsələləri müzakirə etdi
Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?
Azərbaycan və İraqın XİN başçıları görüşdü
Ceyhun Bayramov Şimali Makedoniyanın XİN başçısı ilə görüşüb
Azərbaycan və Almaniyanın XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Ceyhun Bayramov YUNESKO-nun Baş direktoru ilə görüşüb
Ceyhun Bayramov Tariq Mahmud Əhməd ilə görüşdü
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edildi
Ceyhun Bayramov isveçli həmkarı ilə danışdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 